Keniya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Uillyam Samoei Rutoya
Hörmətli cənab
Prezident,
Keniya Respublikasının
milli bayramı – Müstəqillik
Günü münasibətilə
Sizə və Sizin simanızda bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Biz Keniya ilə əlaqələrimizin inkişafına
böyük əhəmiyyət
veririk. Azərbaycan ilə Keniya arasında diplomatik münasibətlərin qurulmasından
ötən iyirmiillik dövr ərzində ikitərəfli əlaqələrimiz
genişlənmiş, müxtəlif
sahələrdə əməkdaşlığımız
dinamik inkişaf etmişdir.
İnanıram ki, qarşılıqlı
hörmət və etimad üzərində qurulmuş dövlətlərarası
münasibətlərimizi daha
da möhkəmləndirmək, qarşılıqlı maraq
doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın
potensialından tam bəhrələnmək
üçün bundan
sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar,
dost xalqınıza daim
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 dekabr 2024-cü il
Azərbaycan.- 2024.- 11 dekabr
(№ 273).- S.2.