"Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra - SOCAR) maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə qərara alıram:

1. "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175 (Cild I) 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"1.1. səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə (bundan sonra - Cəmiyyət) Layihələrin səmərəli idarə olunmasını təmin etsin;".

2. Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürülsün.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2024-cü il

Azərbaycan.-2024.- 11 dekabr (№ 273).- S.2.