Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyasının
üzvlərinin təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin qərarı
"Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinə əlavələr
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Konstitusiya Qanununu rəhbər tutaraq və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-2-ci maddəsini,
"Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyası haqqında"
Əsasnamənin 9-3-cü maddəsini
nəzərə alaraq,
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyasının
üzvləri təyin
edilsinlər:
Əsgərov Ziyafət
Abbas oğlu - Azərbaycan
Respublikası Milli Məclisi sədrinin müavini,
Nağıyev Arzu
Nəsib oğlu - Azərbaycan
Respublikası Milli Məclisinin Müdafiə,
təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin
sədri,
Ağazadə Əminə
Həmid qızı - Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
Gülməmmədov Vüqar Tapdıq oğlu - Azərbaycan
Respublikası Hesablama
Palatasının sədri,
Hacıyev Fərid
Famil oğlu - Azərbaycan
Respublikası Milli Məclisi Aparatının
rəhbəri.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri,
10 dekabr 2024-cü il
Azərbaycan.-2024.- 11 dekabr
(¹ 273).- S.3.