Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini
ziyarət edib
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının
Mərdəkan qəsəbəsində
yerləşən 1 saylı
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
şəxslər üçün
sosial xidmət müəssisəsini ziyarət
edib.
Əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial
xidmət müəssisəsinin
fəaliyyəti barədə
Leyla Əliyevaya məlumat verib. Müəssisədə 150-dək uşağın dövlət
himayəsində yaşamaqla,
reabilitasiya xidmətləri
ilə təmin edildiyi qeyd olunub.
Leyla Əliyeva
müəssisədə uşaqların
bacarıqlarının artırılması
üçün yaradılmış
emalatxana, əmək terapiyası, məşğələ,
aktiv terapiya, musiqi, idman otaqları
ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm
çəkiblər.
Heydər Əliyev
Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi
olan şəxslərin
Peşə-əmək Reabilitasiyası
Mərkəzində də
olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının
təşkili işləri
barədə məlumat
verilib.
Bu il müəssisədə əlilliyi
olan 15-29 yaşlı
500 şəxsə xidmət
göstərildiyi, hazırda
143 benefisiarın peşə
təlimində olduğu
qeyd edilib. Mərkəzə qəbul
edilənlərin dövlət
hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri
ilə də təmin olunduğu bildirilib.
Leyla Əliyeva
Mərkəzdə peşə
təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını
izləyib, boccia üzrə milli komandanın üzvləri
ilə görüşüb.
Benefisiarlar Azərbaycanın
Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən
ibarət geyimlərin
moda nümayişi olub.
Təlim kursunda
olan gənclər “İnnabı” rəqsini ifa ediblər və Leyla Əliyeva
onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin
mahnılar, Leyla Əliyevanın şeirlərini
səsləndiriblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.
Azərbaycan.-2024.- 11 dekabr (№ 273).- S.4.