Doktorantların
və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransı (NASCO XXVII) başlayıb
Dekabrın 10-da Sumqayıt
Dövlət Universitetində
(SDU) "Yaşıl dünya
naminə həmrəylik
ili"nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) açılış
mərasimi keçirilib.
Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil
üzrə Dövlət
Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və "SOCAR Polymer"
MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin
sponsorluğu ilə keçirilir.
Tədbirdən əvvəl
konfrans iştirakçıları
Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərindəki
abidəsi önünə
gül dəstələri
düzüb, xatirəsini
dərin ehtiramla yad ediblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi
ilə başlayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin
əziz xatirəsi birdəqiqəlik sükutla
yad edilib.
SDU-nun rektoru Rüfət Əzizov iştirakçıları salamlayaraq
elmi konfransın rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsindən
məmnunluğunu bildirib.
O, elm və təhsilin qarşılıqlı
əlaqəsinin möhkəmləndirilməsi
məqsədilə ölkəmizdə
həyata keçirilən
genişmiqyaslı islahatlardan
danışıb və
bu istiqamətdə Sumqayıt Dövlət Universitetində tətbiq edilən yeniliklərdən,
tədris olunan ixtisaslardan və tələbə-məzunların əmək bazarındakı
fəaliyyəti ilə
əlaqədar görülən
işlərdən bəhs
edib. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin
sənaye mərkəzi
hesab edilən Sumqayıt şəhərinin
yeganə ali təhsil müəssisəsi
olan Sumqayıt Dövlət Universiteti bu şəhərin bilik və təcrübə
mənbəyinə çevrilir. Elm və təhsil naziri Emin Əmrullayev
27-ci dəfə keçirilən
konfransın əhəmiyyətini
vurğulayaraq, bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını,
gənc alimlərə
böyük imkanlar yaratdığını qeyd
edib. Ölkəmizdə
elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını
bildirən təhsil naziri nəzərə çatdırıb ki, bu gün müasir
təhsil infrastrukturunun
yaradılması, universitetlərdə
beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və
elmi-tədqiqat fəaliyyətlərinin
gücləndirilməsi bu
sahədəki əsas
prioritetlərdəndir.
Rəsmi açılış
mərasimindən sonra
konfrans öz işini bölmələr
üzrə davam etdirib.
Qeyd edək ki, iki gün
davam edəcək konfransa təqdim edilmiş 287 tezisdən
251-i qəbul olunub.
Konfransın keçirilməsində
məqsəd doktorant və gənc tədqiqatçıların apardığı
elmi-tədqiqat işlərinin
nəticələrinin müzakirəsini
təşkil etmək,
habelə onların elmi yaradıcılığını
stimullaşdırmaqdır.
Konfrans təbiət
elmləri, İKT və
mühəndislik, sosial-humanitar
elmlər üzrə təşkil edilib.
Azərbaycan.-2024.- 11 dekabr (№ 273).- S.4.