Qərbi Azərbaycan İcmasının Ümumdünya İnsan Hüquqları Günü
münasibətilə bəyanatı
Qərbi Azərbaycan
İcması 10 Dekabr
- Ümumdünya İnsan
Hüquqları Günü
münasibətilə bəyanat
yayıb.
İcmadan AZƏRTAC-a daxil olan bəyanatda
deyilir: "Ermənistan
tərəfindən doğma
yurdlarından zorla çıxarılmış çoxsaylı
azərbaycanlıları özündə
birləşdirən və
onların qayıdış
hüququ uğrunda mübarizə aparan Qərbi Azərbaycan İcması olaraq biz 10 Dekabr - Ümumdünya İnsan Hüquqları Gününə
xüsusi önəm verdiyimizi vurğulamaq istəyirik. İnsan hüquqlarının universal
əsaslarını təşkil
edən və bizim qayıdış hüququmuzun da mənşəyi olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
qəbul edilməsi münasibətilə təsis
olunmuş Ümumdünya
İnsan Hüquqları
Günü bizim haqq işimiz üçün mühüm
istinad nöqtələrindən
biridir.
Bu mühüm
gündə Ermənistanın
Qərbi azərbaycanlıların
qayıdış hüququnu
inkar etməklə insan hüquqlarını kobud şəkildə pozmağa davam etməsindən dərin narahatlığımızı bir daha bildiririk.
Həmçinin bəzi
xarici ölkələrin
etnik və dini ayrı-seçkilik siyasəti nəticəsində
bütövlükdə Azərbaycan
xalqının böyük
ədalətsizliklə üzləşməsindən
ciddi narahatlığımızı
bildiririk. Əlavə
narahatedici hal ondan ibarətdir ki, bu ölkələr
azərbaycanofob, ayrı-seçkilik
siyasətlərini “insan
hüquqları” adı
altında pərdələməyə
çalışırlar. İnsan
hüquqlarına ən
böyük zərbəni
məhz bu cür ikiüzlü siyasətlər vurur. Biz mahiyyətcə irqçi olan bu yanaşmaları qətiyyətlə pisləyir,
bu cür hərəkətləri ifşa
etmək üçün
gələcəkdə də
səylərimizi əsirgəməyəcəyimizi
bildiririk.
Eyni zamanda, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin
torpaqlarımızın Ermənistan
tərəfindən 30 illik
işğalına son
qoymasını və
bununla da yüz minlərlə keçmiş məcburi köçkünün hüquqlarının
bərpasını alqışlayırıq.
Həmçinin qeyd etməliyik ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların dinc
şəkildə qayıdış
hüququnun təmin edilməsisahəsində göstərdiyi
səylər, o cümlədən
İcmamız tərəfindən
dekabrın 5-6-da keçirilmiş
qayıdış hüququna
dair ikinci beynəlxalq konfransa göndərdiyi tarixi müraciəti bizim qayıdış hüququmuza
və bütövlükdə
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin
icrasına böyük
töhfədir.
Biz beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdışı sahəsində davam edən səyləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xidmət edən mühüm töhfə kimi alqışlamağa və dəstəkləməyə çağırırıq".
Azərbaycan.-2024.- 11 dekabr (№ 273).- S.5.