Ombudsman:
“Dünyada insan hüquqlarının pozulması
halları davam edir”
Bu gün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
qəbul edilməsinin
76-cı ildönümü qeyd olunur. 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bəşəriyyətin
hüquq və azadlıqlarının təmin
olunmasında mühüm
dönüş nöqtəsi
olub. Bu sənədin qəbulundan
sonra dövlətlərin
insan hüquqlarına
yanaşmasında əhəmiyyətli
dərəcədə müsbət
dəyişikliklər baş
verib.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (ombudsman)
Səbinə Əliyeva
jurnalistlərə açıqlamasında
söyləyib.
S.Əliyeva müasir
dövrdə insan hüquqları sahəsində
mövcud olan problemlərə də toxunub. O qeyd edib ki, hazırda
dünyada insan hüquqlarının pozulması
halları davam edir: “Məcburi köçkünlərin, qaçqınların
və miqrantların sayı ilbəil artır. Bu proseslər iqlim dəyişikliyinin fəsadları,
eləcə də bəzi dövlətlərin
müstəmləkəçilik siyasətini davam etdirməsi ilə daha da ağırlaşır.
Bu siyasətin təsirinə məruz qalan xalqlar hələ
də azadlıq və ədalətin bərpası uğrunda mübarizəni davam etdirirlər”.
Ombudsman, həmçinin
Azərbaycanın qlobal
insan hüquqları təşəbbüslərinə verdiyi töhfələrə
də diqqət çəkib: “Bu il Azərbaycan iqlim ədalətinin bərpası məqsədilə
Bakı şəhərində
COP29-a ev sahibliyi edib. Bu mühüm
tədbir çərçivəsində
iqlim dəyişikliklərinin
təsirlərinin ədalətli
həlli ilə bağlı vacib sənədlər qəbul
olunub”.
Səbinə Əliyeva insan hüquqlarının qorunması və ədalətin bərpası istiqamətində daha böyük nailiyyətlər əldə olunacağına inamını ifadə edib.
Azərbaycan.-2024.- 11 dekabr (¹ 273).- S.5.