Köhnə qitədə iqtisadi və enerji problemi getdikcə daha da dərinləşir
Avropada iqtisadi vəziyyət getdikcə narahatlıq doğurur. Bir vaxtlar rifah
və əməkdaşlığın
simvolu olan Avropa İttifaqı indi ciddi iqtisadi
və enerji problemləri ilə üzləşib və zəifləyib. Qitənin
iki ənənəvi sütunu olan Fransa və Almaniya bütün blok üçün ciddi nəticələrə
səbəb ola biləcək çətinliklər
yaşayır.
Hələ ilin
əvvəlində ekspertlər
bildirirdilər ki, Avropa Almaniyada pərakəndə satışların və real əmək haqqının azalması səbəbindən ümumi
yoxsullaşma ilə müşahidə olunan görünməmiş inflyasiya
şoku ilə iflic olub. İnflyasiya
bir qədər azalsa da, iqtisadi
sabitlik və qiymətlərin bərpası
arasındakı çıxılmaz
vəziyyət maliyyə-kredit
və sosial siyasətə zərbə
vurub.
10 ay sonra aparılan müşahidə
aydın şəkildə göstərir
ki, hazırda Avropa "bataqlığ"a
düşüb. Noyabr
ayında Avrozonada iqtisadi fəallıq kəskin şəkildə
azalıb, xidmət sektoru isə daralma tendensiyasında istehsala qoşulub.
Çox vaxt Avropa Birliyinin güc mərkəzi hesab edilən Almaniya iqtisadiyyatı yavaşlamanın narahatedici
əlamətlərini nümayiş
etdirir. 2024-cü ilin üçüncü rübündə
bu ölkədə sənaye istehsalı 2,6 faiz azalıb və bu, Avropada
ən kəskin azalmalardan biridir.
Almaniyanın sənaye
sektoru artıq 2 il 4 aydır ki, tənəzzüldədir.
"ZEW" indeksi ilə
ölçülən investor
proqnozları 2020-ci il
böhranından bəri
ən aşağı
səviyyəyə düşüb.
"ThyssenKrupp" sənaye
konserni investisiya və sifarişlərin azalması səbəbindən
kütləvi sənayesizləşdirmə
barədə xəbərdarlıq
edir. "VDMA" assosiasiyası
bildirir ki, Almaniyada maşın və avadanlıq istehsalçılarından gələn
sifarişlər oktyabr
ayında yenidən azalmağa başlayıb,
bu da müştərilərin
sərmayə yatırmaqda
davamlı istəksizliyini
göstərir. İş
yerlərinin itirilməsi
və tənəzzül
riski ilə bağlı artan narahatlıqlar səbəbindən
istehlakçı inamı
da aşağı düşüb. Dekabr ayı üçün GfK istehlakçı əhvali-ruhiyyəsi indeksi
4,9 bənd azalaraq
-23,3-ə düşüb ki,
bu da proqnozlardan
(-19) xeyli aşağıdır.
Noyabrda hökumətin
borclanması ilə bağlı fikir ayrılıqlarından sonra
hökumət koalisiyasının
dağılması vəziyyəti
daha da çətinləşdirib.
Bundan əlavə,
Almaniya iqtisadiyyatının
sütunu olan strateji avtomobil sektoru əsasən enerji qiymətlərinin artması səbəbindən
istehsal xərclərinin
kəskin artması ilə üzləşib.
"Volkswagen"in mənfəəti
64 faiz, Çində satışları isə
12 faiz azalıb.
"Mercedes" də böyük
itkilərə məruz
qalıb və mənfəəti 54 faiz azalıb.
Fransa da böhrandan
xilas ola bilməyib.
2024-cü il üçün artım proqnozları Avropa orta səviyyəsindən
xeyli aşağı olan cüzi 0,4 faizə qədər yenidən işlənib. Hazırda dövlət borcu ÜDM-in 112 faizinə
bərabərdir, Fransa
sənayesi isə struktur rəqabətqabiliyyəti
kəsirindən əziyyət
çəkməkdə davam
edir. Onsuz da yüksək olan istehsal xərcləri enerji böhranı nəticəsində daha
da artıb.
Sosial sahədə
də vəziyyət gərgin olaraq qalır. Yüksələn
yaşayış dəyəri
və əsas mallar üzrə davamlı inflyasiya geniş yayılmış
narazılığı artırır.
İctimai hərəkatlar
çoxalaraq hökumətin
struktur islahatlarını
həyata keçirməsini
çətinləşdirir. Məhz bu gərginliklər
Fransada Mişel Barnye hökumətinin süqutuna səbəb olub.
Ölkədəki siyasi qeyri-sabitlik
daxili istiqraz bazarına əlavə təzyiq göstərir. İstiqraz investorları artan kəsir və zəif iqtisadi göstəricilərlə
üzləşən Fransanı
diqqətlə izləyirlər.
Fransa və Almaniyanın 10 illik istiqraz gəlirləri arasındakı fərq
2012-ci ildən bəri
görünməyən bir
səviyyəyə - 87 bazis
bəndinə çatıb.
Fransa böhranı
qitənin çox kövrək vəziyyətdə
olduğu bir vaxtda Avropanın sabitliyinə əlavə təhlükə yaradır.
Avropanın hazırkı
vəziyyəti bir neçə amillə izah edilir. Şübhəsiz
ki, əsas səbəb
enerji böhranıdır.
Rusiya qaz idxalından sürətlə
uzaqlaşma və bərpaolunan enerji mənbələrinə keçid
Avropa iqtisadiyyatında
sabitliyi pozub. Bu, nəinki enerji qiymətlərinin kəskin
qalxmasına səbəb
olub, həm də bütün sənaye sektorlarının
işini pozub.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
11 dekabr (№ 273).- S.12.