Belarus Respublikası
Milli Assambleyası Respublika Şurasının
sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib
Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının
sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Respublika Şurasının
sədri "Azərbaycan
Hava Yolları" şirkətinə məxsus
sərnişin təyyarəsinin
dekabrın 25-də Bakı-Qroznı
reysini yerinə yetirərkən Qazaxıstanın
Aktau şəhəri
yaxınlığında faciəli
şəkildə qəzaya
uğraması ilə
əlaqədar özünün
və Şuranın deputatları adından Milli Məclisin sədrinə, dost və qardaş Azərbaycan xalqına, qəzada həlak olanların ailələrinə
və yaxınlarına
dərin hüznlə
başsağlığı verib, yaralıların tezliklə sağalmalarını
arzulayıb.
Spiker Sahibə
Qafarova göstərilən
diqqətə və başsağlığına görə
minnətdarlığını bildirib.
Milli
Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan.-2024.-
28 dekabr (№ 288).- S.2.