“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus
“Embraer 190” tipli sərnişin
təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq
və şücaət
göstərmiş şəxslərin
təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2024-cü il dekabrın
25-də Bakı–Qroznı
(Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus
“Embraer 190” tipli sərnişin
təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə
məruz qalaraq idarəetməni itirmiş
vəziyyətdə Qazaxıstan
Respublikasının Aktau
şəhəri istiqamətinə
yönləndirilmişdir. İnsan
tələfatı və
xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin
yüksək peşəkarlığı,
şücaəti və
cəsurluğu sayəsində
təyyarə qəza
enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyətinə
məxsus “Embraer 190” tipli
sərnişin təyyarəsi
Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş
vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə
yetirilməsində, sərnişinlərin
həyatının xilas
edilməsində yüksək
peşəkarlıq, şücaət
və fədakarlıq
göstərdiklərinə görə aşağıdakı
şəxslər təltif
edilsinlər:
“Azərbaycanın Milli
Qəhrəmanı” adı
ilə:
Kşnyakin İqor
İvanoviç (ölümündən
sonra)
Kalyaninov Aleksandr Georgiyeviç
(ölümündən sonra)
Əliyeva Hökumə
Cəlil qızı (ölümündən sonra)
1-ci dərəcəli “Rəşadət”
ordeni ilə:
Əsədov Zülfiqar
Sərdar oğlu
Rəhimli Aydan Vaqif
qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 dekabr 2024-cü il
Azərbaycan.-2024.- 30 dekabr
(¹290).- S.1.