"Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində və
"Dövlət rüsumu
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 29 dekabr tarixli
124-VIIQD nömrəli Qanununun
tətbiqi və "Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində və
"Dövlət rüsumu
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 29 dekabr tarixli
124-VIIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
Miqrasiya Məcəlləsinin
20.1-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Məcəllənin
3.0.10-1-ci maddəsində "proqram" dedikdə "Yüksəkixtisaslı əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
Azərbaycan Respublikasında
əmək fəaliyyətinə
cəlb edilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
6 iyun tarixli 156 nömrəli Sərəncamının
1-ci hissəsində göstərilmiş
Yüksəkixtisaslı Miqrant
Proqramı nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində
və "Dövlət
rüsumu haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 29 dekabr tarixli 124-VIIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 7, maddə
803 (Cild I); Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 8 noyabr tarixli 230 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 5.2-ci bəndə "Məcəllənin" sözündən
sonra "20.1-ci maddəsinin
ikinci cümləsində,"
sözləri əlavə
edilsin;
3.2. 5.20-ci bəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 5.21-ci bənd
əlavə edilsin:
"5.21. həmin Məcəllənin
3.0.10-1-ci maddəsində "proqram" dedikdə "Yüksəkixtisaslı əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
Azərbaycan Respublikasında
əmək fəaliyyətinə
cəlb edilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
6 iyun tarixli 156 nömrəli Sərəncamının
1-ci hissəsində göstərilmiş
Yüksəkixtisaslı Miqrant
Proqramı nəzərdə
tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2024-cü il
Azərbaycan.-2024.-
30 dekabr (№ 290).- S.4.