"Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
253-1.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 29 noyabr tarixli
72-VIIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. "Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 2 (II kitab),
maddə 259 (Cild I);
2024, № 2, maddələr 151, 157, № 7, maddələr
806, 812, 814, 815, № 8, maddələr 937, 948;
Azərbaycan Respublikasının
2024-cü il 13 dekabr tarixli 244 nömrəli və 19 dekabr tarixli 253 nömrəli Fərmanları) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4-cü hissə üzrə:
3.1.1. 4.19-cu bənddə
"253-1.2.1" rəqəmləri
"253-1.2" rəqəmləri ilə əvəz edilsin;
3.1.2. 4.24-1-ci bənd ləğv edilsin;
3.2. 5-ci hissə üzrə:
3.2.1. 5.11-ci bənddən
"274," rəqəmləri çıxarılsın;
3.2.2. 5.20-ci bənddə "və 272-ci" sözləri
", 272-1, 274 və 274-1-ci" sözləri ilə əvəz edilsin;
3.2.3. aşağıdakı məzmunda 5.22-1-ci bənd
əlavə edilsin:
"5.22-1. həmin Məcəllənin
272-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi baxır;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 dekabr 2024-cü il
Azərbaycan.-2024.- 30 dekabr (№ 290).- S.4.