Təyyarə qəzasında həlak olan üç ekipaj üzvü II Fəxri xiyabanda dəfn olunub
Bakı-Qroznı reysini
yerinə yetirən
“Embraer 190” tipli sərnişin
təyyarəsinin qəzaya
uğraması nəticəsində
həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva
bu gün dekabrın 29-da II Fəxri
xiyabanda dəfn olunub.
Dəfn mərasimində
dövlət və hökumət rəsmiləri,
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau
şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki
67 nəfərdən 38-i həlak
olub, 29-u sağ qalıb.
Hər iki pilot
da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü
isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə
3-ü ekipaj üzvü
olmaqla, 24 nəfərin
nəşi ölkəyə
gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin
tapşırığı ilə təyyarə qəzasının səbəblərinin
araşdırılması üçün
Baş nazir Əli Əsədovun rəhbərliyi
ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək
ki, dekabrın 25-də Bakı-Qroznı
reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin
Aktau şəhəri yaxınlığında
qəzaya uğraması
ilə əlaqədar
Prezident İlham Əliyev
dekabrın 26-sının Azərbaycanda
matəm günü
elan olunması barədə
Sərəncam imzalayıb.
Azərbaycan.-2024.- 30 dekabr
(¹ 290).- S.3.