Bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar № 55/279
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü,
22.1-ci, 22.3.1-ci, 22.4.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və
241-ci maddələrinə uyğun
olaraq qərara alır:
1. 1 saylı Şərur
- Sədərək seçki
dairəsi dairə seçki komissiyasının
üzvləri Zaman Əyyub oğlu Abbasov və Polad Əhəd oğlu Rzazadənin, 3 saylı Babək - Şahbuz - Kəngərli seçki dairəsi dairə seçki komissiyasının üzvü
Nazim Məmməd oğlu Piriyevin, 7 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının üzvü
Zaur Xaləddin oğlu Bayramovun, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının
üzvü Hafiz Mürsəl oğlu Eminovun, 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvü
Sənan Ağa Həsən oğlu Cəfərovun, 47 saylı
Sumqayıt - Abşeron
- Qaradağ seçki
dairəsi dairə seçki komissiyasının
üzvü Vüqar Yusif oğlu Salmanovun, 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının üzvü
Kamalə Cəbrayıl
qızı Muradəlizadənin,
72 saylı Cəlilabad
kənd seçki dairəsi dairə seçki komissiyasının
üzvləri Adışirin
Barat oğlu Kazımov və Salman Zabitxan oğlu Quliyevin, 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının üzvü
Davud Əvəz oğlu Zülfüqarovun,
86 saylı Ağcabədi
seçki dairəsi dairə seçki komissiyasının üzvü
İlham Çoban oğlu Qurbanovun, 95 saylı Zərdab - Kürdəmir - Ucar seçki dairəsi dairə seçki komissiyasının üzvü
Esmira Müşfiq qızı Səmədovanın,
116 saylı Qəbələ
seçki dairəsi dairə seçki komissiyasının üzvü
Samir Ramiq oğlu Əliyevin səlahiyyətlərinə 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin
yekunları elan olunanadək müvəqqəti
xitam verilsin.
2. Novruz Qəribağa
oğlu Əhmədov 46 saylı Sumqayıt beşinci, Mətanət Əhmədağa qızı
Səfərova 51 saylı
Şirvan, Samir Əliyar oğlu Ağayev 66 saylı Saatlı, Alim Əlifağa oğlu Hüseynov 68 saylı Sabirabad - Şirvan seçki dairəsi dairə seçki komissiyasının həlledici
səs hüquqlu üzvü vəzifəsindən
vaxtından əvvəl
azad edilsinlər.
3. 2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərinin
yekunları elan olunanadək Səxavət
Ağazər oğlu Ataşov 8 saylı Binəqədi birinci, Xəzər Əlövsət
oğlu Qəzənfərli
20 saylı Nərimanov
ikinci, Samir Sabir oğlu Quliyev 72 saylı Cəlilabad kənd seçki
dairəsi dairə seçki komissiyasının
həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
4. Tural Taleh oğlu Abdullayev 51 saylı Şirvan, Pəhlivan Xəlilağa oğlu Xəlilov 66 saylı Saatlı, Rizvan Oruc oğlu
Mikayılov 112 saylı
Zaqatala seçki dairəsi dairə seçki komissiyasının
həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.12.2024
Azərbaycan.-2024.-
30 dekabr (№ 290).- S.7.