Təyyarə qəsdən vurulmayıb

 

Bununla belə günahkarlar cəzalandırılmalı kompensasiya ödənilməlidir

 

"Dekabrın 25-də Rusiyada vurulan sərnişin təyyarəsində həlak olanlara bir daha rəhmət, doğmalarına səbir, yaralananlara şəfa diləyirəm. Prezident cənab İlham Əliyevin bu haqda xəbər alan kimi Sankt-Peterburqa səfərini dayandırıb geri dönməsi, araşdırma aparmaq üçün təcili olaraq Dövlət Komissiyası yaradılması, qəza enişi edilən Aktauya iki nazir mütəxəssislərin yer aldığı heyətin göndərilməsi tam dəqiqləşdirilmədən hər hansı rəsmi açıqlamanın verilməməsi, eyni zamanda təyyarənin qəlpə izləri olan gövdəsinin kadrlarının yayılmasını təmin etməklə  kimlərinsə iz azdırmaq cəhdlərinin heçə endirilməsi Azərbaycan dövlətinin dərəcədə dəqiq, məsuliyyətli davrandığını, həm böhran menecerliyinin necə yüksək səviyyədə olduğunu ortaya qoydu".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sahib Alıyev deyib.  O təəssüflə qeyd edib ki, təyyarə vurulan ölkə haqda bunu demək olmur. Dekabrın 25-dəki təyyarə qəzası xarici medianın təqdim etməyə çalışdığı kimi deyildi, Qroznı hava limanına enişə hazırlaşarkən "Pantsir-S"lə vurulması səbəbindən baş vermişdi.  Əlbəttə, bu, qəsdən edilməyib, amma vurulan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye Vodı hava limanına enməsinə niyə icazə verilmədiyinə, dənizin o biri tərəfinə - Qazaxıstanın Aktau şəhərinə göndərilməsinə aydınlıq gətirilməsini istəyirik. "Bir daha xatırlatmaq istəyirəm ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm hərbi helikopteri Ermənistana məxsus olması ilə səhv salınıb vurulanda Azərbaycan buna görə üzr istəmiş təzminat ödəmişdi. 2015-ci ildə Rusiyanın Türkiyənin hava sərhədini pozan hərbi təyyarəsi vurulanda da sərhədpozma halının aniliyi qəsdən olmadığı nəzərə alınaraq yenə üzr istənilmişdi. Azərbaycan tərəfi günahkarların cəzalandırılması kompensasiyanın ödənilməsini gözləyir. Bunu beynəlxalq normalar da tələb edir", - deyə o əlavə edib.

Deputat insanpərvərlik sərgilədiklərinə, qardaşcasına hərəkətlərinə görə Qazaxıstan xalqına minnətdarlığını bildirib. Qeyri-adekvat davranışları ilə diqqətçəkən bəzilərinin yardım təklifini rədd edən, təyyarənin vurulması faktının təsdiqlənməsini buna uyğun addımlar atılmasını istəyən dövlətimizin özünü böyük sayanlardan qədər ucada durduğunu, eləcə uçuş heyətinin yüksək peşəkarlığını fədakarlığını  xüsusi vurğulamaq lazımdır. Təyyarədəki 67 nəfərdən 29-nun sağ qalması məhz uçuş heyətinin yüksək xidməti, pilotların ustalığıdır.

S.Alıyev qeyd edib ki, sosial mediada Qərbdəki bəlli çevrələrə bağlı ünsürlər hadisədən faydalanmaq cəhdi ilə yenə dövlətimizi təyyarə parkı əksər ölkələrdəkindən daha yüksək səviyyədə olması ilə fərqlənən AZAL-ı hədəfə alırlar: "Ancaq onu da gördük ki, İkinci Qarabağ savaşı günlərində torpaqlarımızın azad olunmasını istəməyənlərin tapşırığı ilə fəaliyyət göstərən, başında lider yox, muzdlu blogerin durduğu AXCP ilə Müsavatı çıxmaqla digər bütün partiyalar bu qəza ilə bağlı birgə bəyanat yayaraq, məhz Azərbaycana xidmət etdiklərini sərgilədilər. Ona görə lideri, mütəxəssisləri ancaq öz xalqına bağlı partiyaları ilə çoxlarına örnək olan dövlətimlə qürur duyuram".

Deputat Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə telefon zənginə münasibət bildirib: "Prezident İlham Əliyev müstəqil dövlətimizin ilk Ana Yasasının qəbulunun 30-cu Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq,  2025-ci ili "Konstitusiya Suverenlik İli" elan etdi. Bununla bağlı sərəncamdakı  "Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir" cümləsinin heç gəlişi-gözəl sözlər olmadığını, reallığı tam əks etdirdiyini Rusiya Prezidentinin dövlət başçımıza üzrxahlıq zəngi təsdiqləyir. Telefon danışığı zamanı Prezident İlham Əliyevin dekabrın 25-də Rusiyanın hava məkanında vurulan təyyarəmizin gövdəsindəki çoxsaylı dəliklərdən, hələ havada olarkən sərnişinlərin heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarından danışması, Azərbaycanın təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyətin təşkil edildiyini, artıq onun fəaliyyətə başladığını vurğulaması əsas məqamlardır. Bu, o deməkdir ki, suveren Azərbaycan dövləti prestijinin zədələnməsinə imkan verməyəcək, vətəndaşının qanını yerdə qoymayacaq kimin plan qurmasından asılı olmayaraq, istintaq prosesinin tam şəffaf şəkildə aparılması üçün gərəkdirsə edəcək".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 30 dekabr (№ 290).- S.9.