Qəzanın
kənar müdaxilədən
baş verdiyi təsdiqini tapdı
Dekabrın 25-də qapımızı
acı xəbər döydü. Ürəkləri
üzən, qəlbləri
kövrəldən, gözləri
yaşardan xəbərdə
bildirlirdi ki, "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən
sərnişin təyyarəsi
dekabrın 25-də Qazaxıstanın
Aktau şəhəri
yaxınlığında qəzaya
uğrayıb. Avialaynerdə
olan 67 nəfərdən
42-si Azərbaycan, 16-sı Rusiya,
6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan
vətəndaşı olub.
Onlardan 38-i həlak olub. Pilotların peşəkarlığı və
bacarığı sayəsində
29 sərnişin sağ
qalıb.
Sankt-Peterburq şəhərində
keçiriləcək MDB-yə
üzv ölkələrin
dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə
yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal
geri dönmək barədə tapşırıq
verib. Təyyarə endikdən sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında müşavirə
keçirmişdir. "Mediada,
sosial şəbəkələrdə
təyyarənin qəzaya
uğraması anları
mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə
bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm
ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət
işi açılmışdır
və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm
də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq. Qəzada
həlak olanların və onların yaxınlarının acısını
çəkərək həlak
olanlara Allahdan bir daha rəhmət,
yaralananlara şəfa,
həlak olanların, yaralananların yaxınlarına,
doğmalarına səbir
diləyirəm," - deyə
Prezident İlham Əliyev müşavirədə
bildirmişdir.
Prezident İlham
Əliyevin sərəncamı
ilə baş vermiş hadisənin araşdırılması və
müvafiq tədbirlərin
görülməsi ilə
bağlı Baş nazir Əli Əsədovun rəhbərliyi
ilə Dövlət Komissiyası yaradıldı.
Azərbaycan nümayəndələrindən
ibarət heyət dərhal qəzanın baş verdiyi Qazaxıstanın Aktau şəhərinə ezam
olundu.
Təyyarə qəzasında
həlak olanların xatirəsini anmaq üçün dekabr ayının 26-da Azərbaycanda
mətəm elan olundu.
Qazaxıstanın Aktau
şəhəri yaxınlığında
AZAL-a məxsus sərnişin
təyyarəsi qəzasında
həlak olanların nəşi və yaralananlar mərhələ-mərhələ
Bakıya gətirildi.
Qəzadan sonra
mütəxəssislərin gəldiyi ilkin qənaət bundan ibarət idi ki, bu dəhşətli
hadisə Rusiya hava məkanında kənar müdaxilə nəticəsində baş
vermişdir. Bu qənaətə gəlməyə
də əsas verən amillər sırasında təyyarənin
qalıqları üzərindəki
müəyyən fəsadlar
və şahidlərin
ifadələri idi. Şahidlər Qroznı səmasında atəş
səslərini eşitdiklərini
bildirirdilər. Bütün
deyilənlər və
gövdəsindəki kənar
müdaxilələr təyyarənin
vurulduğu ehtimalının
inandırıcı olduğunu
göstərdi.
Həm Azərbaycan,
həm də xarici aviasiya ekspertləri hesab edirdilər ki, təyyarənin GPS sistemləri
elektron tıxaclardan təsirlənib və ətrafa səpələnən
qəlpələrdən zədələnib.
Dekabrın 28-də Azərbaycan
Prezidenti İlham Əliyevə zəng vuran Rusiya Prezidenti
Vladimir Putin AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın
hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə
məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə
edib, bu qəzada həlak olanların ailələrinə
və yaxınlarına
dərin və ən səmimi başsağlığını bir daha çatdırıb,
xəsarət alanların
tezliklə şəfa
tapmasını dilədiyini
deyib".
Prezident İlham
Əliyev "Azərbaycan
Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın
hava məkanında olan zaman kənar
fiziki-texniki müdaxiləyə
məruz qaldığını
və idarəetməsini
tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru
yönləndirildiyini, yalnız
pilotların şücaəti
və peşəkarlığı
sayəsində qəza
enişi edə bildiyini vurğulayıb. Dövlətimizin başçısı
təyyarənin gövdəsində
çoxsaylı dəliklərin
olmasının, hələ
havada olarkən sərnişinlərin və
heyət üzvlərinin
təyyarənin göyərtəsini
dəlib içəri
daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda sağ qalan təyyarə bələdçilərinin və
sərnişinlərin ifadələrinin
kənar fiziki-texniki müdaxilə faktını
təsbit etdiyini deyib.
Dekabrın 29-da Heydər
Əliyev Beynəlxalq
Hava Limanında 2 pilot, bir bələdçi
olmaqla həlak olmuş ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Mərasimdə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib, onların ailə üzvlərinə
və yaxınlarına
başsağlığı veriblər.
Azərbaycan xalqı
cəsur bələdçi
və pilotların qəhrəmanlığını, həmçinin qəzada həlak olanları heç vaxt unutmayacaq. Onların xatirəsini həmişə
hörmət və ehtiramla yad edəcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
30 dekabr (№ 290).- S.9.