Azərbaycan Respublikasına gələn
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər üçün müəyyən
edilmiş müvəqqəti
olma müddətləri
ilə bağlı qarşılıqlı olaraq
fərqli qaydaların
müəyyən edilməsi
haqqında
¹ 561
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində və
“Dövlət rüsumu
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2024-cü il 29 dekabr tarixli
124-VIIQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
29 dekabr tarixli 275 nömrəli Fərmanının
1-ci hissəsinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Viza tələb
olunmayan qaydada Azərbaycan Respublikasına
gələn Rusiya Federasiyası vətəndaşlarının
və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin
ölkədə müvəqqəti
olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
2. Bu Qərar
2025-ci il yanvarın
1-dən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“29 ” “ dekabr ”
2024-cü il
Azərbaycan.-2024.-
30 dekabr (¹ 290).- S.7.