“Kvotadan
əlavə iş yerlərinin yaradılması
Qaydası”nın təsdiq edilməsi haqqında
¹ 551
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2024-cü il 25 iyun tarixli
1184-VIQD nömrəli Qanununun
tətbiqi və “Məşğulluq haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
8 iyul tarixli 132 nömrəli Fərmanının
2.1-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Kvotadan əlavə
iş yerlərinin yaradılması Qaydası”
təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 29 ” “ dekabr ”
2024-cü il
Azərbaycan.-2024.-
30 dekabr (¹ 290).- S.7.