Qaz təchizatı
sahəsində idarəetmənin
təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, qaz təchizatı sahəsində idarəetmənin
təkmilləşdirilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyalarının
Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinə ötürülməsinin
təmin edilməsi ilə bağlı bir ay müddətində
zəruri tədbirlər
görsün;
1.2. üç ay
müddətində:
1.2.1. bu Sərəncamın
1-ci hissəsi nəzərə
alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə
bağlı təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.2. bu Sərəncamın
1-ci hissəsinə uyğun
olaraq, müvafiq səlahiyyətin Azərbaycan
Respublikasının Dövlət
Neft Şirkətinə
ötürülməsi ilə
əlaqədar dövlət
əmlakı ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.3. bu Sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2024-cü il
Azərbaycan.-2024.-
30 dekabr (№290).- S.7.