İlham Əliyevin “yaşıl dünya" missiyası
COP29 sammitində
dünya Azərbaycanın
qlobal böhranla mübarizə modelinə şahidlik edəcək
Azərbaycanın beynəlxalq
toplantılara, forumlara,
konfranslara, hətta idman yarışlarına yüksəksəviyyəli evsahibliyi
dünya tərəfindən
hər zaman təqdir edilib. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən,
İslam Həmrəyliyi
Oyunlarına, siyasi-iqtisadi
beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi etməsi ilə nüfuzunu artıran Azərbaycan indi də COP29-a hazırlaşır.
Əlbəttə ki,
irimiqyaslı beynəlxalq
tədbirlərin keçirilməsi
ölkəmizin üzərinə
böyük məsuliyyət
qoyur. Ancaq bu sahədəki təcrübə yetərlidir
ki, növbəti beynəlxalq konfransı da ən yüksək
səviyyədə keçirə
bilək.
Təşkilat
Komitəsinin tərkibi
bir qədər də genişləndirildi
COP29 dünyada ən
mötəbər beynəlxalq
tədbirlərdən biridir.
Ölkələrin təmsilçiliyi
nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu günədək ölkəmizdə bir çox tədbir keçirilsə də,
COP29 bu vaxta qədər keçirilən
tədbirlərlə müqayisəyə
gəlmir. Çünki
COP29 ərəfəsində 10 minlərlə xarici nümayəndə ölkəmizə
gələcək, iki
həftə ərzində
Bakı növbəti
dəfə dünyanın
diqqətini çəkəcək.
Müəyyən ehtimallara
görə, təqribən
70-80 min xarici qonaq bu müddət
ərzində ölkəmizdə
olacaq.
Digər tərəfdən,
vaxt da o qədər çox deyil. Ona görə
də Prezident İlham Əliyev dərhal bütün hazırlıq işlərinə
start verməsi üçün tapşırıq
verib. COP29 konfransına
evsahibliyini Azərbaycan
üçün 2024-cü ilin ən mühüm
hadisəsi və ölkənin "yaşıl
iqtisadiyyat"a keçid
strategiyasının məntiqi
davamı kimi qiymətləndirmək olar.
Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin sərəncamı
ilə 2024-cü il Azərbaycanda "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilib.
Azərbaycan Prezidentinin
digər sərəncamı
ilə sammitin keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsi də yaradılıb. Fevralın
22-də isə bu sənədə dəyişiklik
edilməsi ilə bağlı yeni sərəncam imzalanıb.
Sənədə əsasən,
Təşkilat Komitəsinin
tərkibi bir qədər də genişləndirilib.
Əlbəttə ki,
COP29-la bağlı Azərbaycandan
böyük gözləntilər
var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək
səviyyədə təşkili
üçün cəmiyyətin
müxtəlif seqmentlərinin
səfərbər olunması
zəruridir. Bu da Təşkilat Komitəsinin tərkibinin bir qədər də genişləndirilməsini
şərtləndirib.
Sərəncama nəzər
yetirdikdə aydın şəkildə görünür
ki, Təşkilat Komitəsində gender balansı tam təmin olunub ki, bu da
Prezidentin qadınların
cəmiyyətdəki roluna
olan diqqət, etimad və hörmətinin göstəricisidir.
Ümumiyyətlə isə bu sahədə
dünyada vətəndaş
cəmiyyəti çox
aktivdir, ona görə Təşkilat
Komitəsinə vətəndaş
cəmiyyətinin nümayəndələri
də daxil edilib. Bu işə
onlar da öz töhfələrini
verəcəklər.
COP29-da müzakirə olunacaq müasir çağırışlar, innovasiya
məsələlərinin geniş
müzakirə olunacağı
nəzərə alınaraq,
Təşkilat Komitəsində
iqtisadiyyat, innovasiya sahəsində çalışan
şəxslər də
təmsil olunurlar.
Göründüyü kimi, ümumən əsas ideya Təşkilat Komitəsinin
maksimum inklüzivliyinin
təmin edilməsidir.
Qlobal problemin
müzakirə edildiyi
mühüm platforma
BMT İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyası
insanın iqlim sisteminə təhlükəli
müdaxiləsinin qarşısını
almaq məqsədilə
1992-ci ilin iyununda
Rio-de-Janeyro şəhərində
keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir.
COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər
Konfransı deməkdir.
Tərəflər Konfransı
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının icrasına
nəzarət edən
ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya
üzv olan 198 ölkədir. Əgər
tərəflərin fərqli
qərarı olmazsa,
COP hər il keçirilir.
COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir. COP-a sədrlik
rotasiya əsasında
BMT-nin 5 regionunun -
Afrika, Asiya, Latın Amerikası,
Karib Hövzəsi və
Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir.
Həmçinin bu regionlardakı qrup ölkələri arasında
da sədrliklə bağlı
növbələşmə mövcuddur. Azərbaycanın
təşkilata sədrliyinə
dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin
yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər
ki, COP29-a evsahibliyi üçün
Azərbaycanla yanaşı,
Ermənistan və Bolqarıstan da namizədliklərini
irəli sürmüşdülər.
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış birbaşa
danışıqlar nəticəsində
ötən il dekabrın
7-də verilmiş birgə
bəyanatda elan olunub
ki, Ermənistan Azərbaycanın
xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.
Azərbaycanın
yeni gündəliyi "yaşıl
enerji"dir
Qobal miqyasda cərəyan edən proseslər ətrafında
fikir mübadiləsinin
aparıldığı, hazırkı
mürəkkəb böhranların
aradan qaldırılması
yollarının müzakirə
edildiyi mötəbər
platforma hesab edilən COP29 Azərbaycana
həm də böyük dividendlər gətirəcək.
Bu səbəbdən də hazırlıq işləri
ilə bağlı ciddi göstəriş və tapşırıqlarını
verən Prezident
İlham Əliyev bəyan
edib ki, Azərbaycan bu beynəlxalq konfransı da yüksək
səviyyədə keçirəcək.
Bu, ölkəmizin, xalqımızın
növbəti böyük
uğuru olacaq. Eyni zamanda Azərbaycan
neft-qaz ölkəsi kimi bu sahədə
də özünü
göstərəcək və
dünyada hər kəs bir daha
görəcək ki, ölkəmizin
gündəliyi "yaşıl
enerji" ilə bağlıdır. "Yaşıl
enerji" növlərinin
yaradılması və
dünya bazarlarına
nəqli hazırda
İlham Əliyevin enerji
siyasətinin prioritetidir.
Bakının qucaq açacağı COP29-da dünya
buna bir daha şahidlik edəcək.
Ümumiyyətlə, Azərbaycan
"yaşıl enerji"
iqtisadiyyatına verdiyi
önəmi əməli
fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan
1990-cı illə müqayisədə
2030-cu ilə qədər
istixana qazlarının
miqdarının 35 faiz,
2050-ci ilə qədər
isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan bərpaolunan
enerji mənbələri
üzrə yüksək
potensiala malik olan ölkələrdəndir. Ölkəmizin
bərpaolunan enerji mənbələrinin texniki
potensialı quruda 135,
dənizdə 157 qiqavatdır.
Bərpaolunan enerji mənbələrinin iqtisadi
potensialı 27 qiqavat,
o cümlədən külək
enerjisi üzrə 3
min meqavat, günəş
enerjisi üzrə 23
min meqavat, bioenerji potensialı 380 meqavatdır.
Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Prezident İlham Əliyevin
2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş
"Azərbaycan 2030: Sosial-iqtisadi
inkişafın Milli Prioritetləri"
əsasında ölkədə
bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la
bağlıdır. Bu isə
"yaşıl iqtisadiyyat"a
keçidlə bağlı
qarşıya yeni hədəflər
qoyur. Bununla yanaşı, İlham Əliyev
Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib və 2022-2026-cı illər
üzrə tədbirlər
planı təsdiqlənib.
Bu ərazilərin 2050-ci ilədək
"Netto sıfır emissiya"
zonasına çevrilməsi
nəzərdə tutulur.
Bir sözlə, COP iqlim dəyişikliyi ilə mübarizədə çox
vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən
biri olduğu üçün Azərbaycanın
bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək
etimadın göstəricisidir.
Bu tədbir Azərbaycanın
neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı
nə dərəcədə
prioritet sahə kimi gördüyünü
dünyaya sübut edəcək. Bu sammit Azərbaycanın nüfuzunun
daha da yüksəlməsinə
mühüm təkan,
ölkə reallıqlarının
dünya ictimaiyyətinə
birbaşa çatdırılmasına
isə müsbət impuls verəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2024.- 24 fevral, № 42.- S.6.