21-ci seçki

 

 

Parlament seçkiləri demokratiyanın növbəti təntənəsi olacaq

 

 

 

Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-nə Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər təyin olunub. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən isə seçkilərin keçirilməsi üzrə əsas hərəkət tədbirlərin Təqvim Planı təsdiq edilib. Beləliklə, parlamentə növbədənkənar seçkilərə artıq start verilib.

 

 

 

9 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi

 

 

 

Seçkilər bütün dünyada hər bir dövlət üçün mühüm siyasi-ictimai hadisə hesab olunur. seçkilərin ən böyük özəlliyi onun demokratik, ədalətli şəffaf keçirilməsi, xalqın siyasi iradəsini ifadə etməsidir. Müstəqillik dövründə respublikamızda 20 seçki - 9 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə bələdiyyələrə əlavə təkrar seçkilər təyin olunub. Hər bir seçki referendum Azərbaycanın demokratiya yolu ilə inkişafının, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasının təcəssümü kimi yadda qalıb. Bu seçkilər ölkəmizdə təşkil olunan sayca 21-ci seçkidir.

Xatırladaq ki, altıncı çağırış Azərbaycan parlamentinə seçkilər növbədənkənar keçirilmişdi. Yeddinci çağırış Milli Məclisə seçkilərin növbədənkənar keçirilməsi üçün əsaslar var.  Həm Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında, həm Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında  bunun səbəbləri əsaslandırılıb "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar qəbul edilib. Qərarda qeyd olunub ki, həm parlament seçkilərinin, həm ölkədə keçiriləcək bir sıra mötəbər beynəlxalq tədbirlərin eyni zaman kəsiyinə təsadüf etməsi nəzərə alınaraq seçkilərin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilməsinin Milli Məclisin vəzifələrini tam icra edə bilməsinin, normayaratma fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.

 Konstitusiya Məhkəməsinin Plenumunun iyunun 27-də keçirilən iclasında qəbul edilən qərara əsasən isə "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin Qərarı bu qərar əsasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması növbədənkənar seçkilərin təyin edilməsi konstitusiyaya uyğundur.

 

 

 

Təqvim Planında seçki prosesinin bütün məqamları əksini tapıb

 

 

 

MSK-nin təsdiq etdiyi Təqvim Planında seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət tədbirlər, seçki prosesinin bütün mərhələlərini əhatə edən zəruri məqamlar öz əksini tapıb.

Plana əsasən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 ən azı 30 gün qalana qədər davam edəcək. Daha dəqiq ifadə etsək, namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması müddəti iyulun 13-dən avqustun 2-nə qədərdir.

Hər bir seçki kampaniyasının əsas mərhələlərindən biri seçkiqabağı təşviqatın aparılmasıdır. Məhz seçkinin bu mərhələsində prosesə qoşulan namizədlər özlərini təbliğ etmək üçün birbaşa seçicilərlə təmasa girərək onların rəğbətini qazanmaq imkanı əldə edir, digər namizədlərdən daha üstün  olmasını sübut etməyə çalışır. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib bir məsələdir. Azərbaycanın seçki qanunvericiliyinə əsasən seçkiqabağı təşviqat işləri səsvermə gününə 23 gün qalmış başlanır səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi avqust ayının 9-da başlanacaq ayın 31-i saat 08:00-da dayandırılacaq. Seçkiqabağı təşviqat işləri qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri vəkil edilmiş şəxslər tərəfindən aparılır.

Respublikamızın seçki qanunvericiliyi seçkilərin müşahidə edilməsi üçün geniş imkanlar yaradır. Aktiv seçki hüququna malik hər bir Azərbaycan vətəndaşı seçki dairəsinin ərazisində seçkiləri müşahidə edə bilər. Bunun üçün isə ərizələr avqustun 27-dək təqdim edilməlidir. "Exit-poll" keçirmək niyyətində olan təşkilatlar isə akkreditasiya üçün sənədlərini səsvermə gününə ən azı 20 gün qalana qədər - avqustun 12-dək  Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Azərbaycanda seçkilərin təşkili keçirilməsi üzrə olduqca zəngin demokratik ənənə böyük təcrübə mövcuddur. Bu baxımdan, qarşıdan gələn seçkilər respublikamızda demokratik dəyərlərin tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək. Seçicilərin seçkilərdə iştirakı isə respublikamızın inkişaf yüksəliş reallıqlarına əsaslanacaq. Xalqımız öz siyasi mövqeyi ilə Azərbaycana yüksəliş gətirən, ərazi bütövlüyümüzü bərpa edən siyasi kursun ətrafında səfərbər olduğunu bir daha nümayiş etdirəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 2 iyul, № 135.- S.7.