Filippin
COP29-da yüksəviyyəli nümayəndə heyəti ilə
təmsil olunacaq
Prezident
İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Henri Jr.
Bensurtonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Sonra dövlətimizin
başçısı səfirlə söhbət etdi.
Henri Jr.
Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Filippinin dövlət
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan
Prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə
əlaqələrin inkişafını qeyd edərək beynəlxalq
təşkilatlar çərçivəsində, həmçinin
turizm, investisiyalar sahələrində əməkdaşlığa
və insanlar arasında təmaslara toxundu, hökumət
nümayəndə heyətlərinin səfərlərinin
önəmini vurğuladı.
Səfir Azərbaycanın
Qoşulmama Hərəkatında sədrliyinin çox
uğurlu olduğunu, bu məsələdə böyük bir
irs qoyduğunu və ölkəmizin bu Hərəkatın təsisatlanması
istiqamətində ciddi addımlar atdığını qeyd
etdi.
COP29-un Azərbaycanda
keçirilməsi münasibətilə təbriklərini
çatdıran Henri Jr. Bensurto Filippinin də bu tədbirdə
yüksək səviyyəli nümayəndə heyəti ilə
təmsil olunacağını dedi.
Dövlətimizin
başçısı ölkəmizin həm Qoşulmama Hərəkatına,
həm də COP29-a sədrliyi ilə bağlı təbriklərə
və xoş sözlərə görə təşəkkürünü
bildirdi.
Prezident
İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyinin uğurla həyata keçirilməsinə
üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə
görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin
başçısı COP29 çərçivəsində
Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq
ölkələr arasında həmrəyliyin gücləndirilməsinə
və körpülərin qurulmasına
çalışacağını vurğuladı.
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.2.