Erkən seçki qərarı ona 7 illik hakimiyyətinin
ən böyük məğlubiyyətini gətirdi
Fransada növbədənkənar
parlament seçkilərinin
ilkin təxmini nəticələri açıqlanıb.
Gözlənildiyi kimi
gənc siyasətçi
Jordan Bardellanın rəhbərlik etdiyi ifrat sağçı
"Milli Birlik" Partiyası 34 faiz səslə birinci yerdə qərarlaşıb.
Solçuların alyansı
"Yeni Xalq Cəbhəsi" partiyası
28,1 faizlə ikinci və Prezident Emannuel Makronun "Birgə Respublika Naminə"
mərkəzçi bloku
isə 20,3 faizlə üçüncü yerdə
qərarlaşıb. Respublikaçılar
partiyası 10,2 faizlə
dördüncü yerdədir.
Seçkilərdə seçici iştirakı son 46 ildə ən yüksək səviyyəyə - təxminən
65,5 faizə çatıb.
Həmçinin bitərəflər
səslərin 34,5 faizini
təşkil ediblər.
Fransa prezidentinin
səriştəsiz idarəçiliyi
İlk turun nəticələri aydın
şəkildə göstərir
ki, Fransa seçicilərinin mütləq
əksəriyyəti prezident
Makronun siyasi fəaliyyətindən narazıdır.
Fransa tarixinin "ən uğursuz prezidenti" adlandırılan
Makron bəlkə də nəticələrin
bu cür olacağını güman
etmirdi.
Mütəxəssislər hesab edirlər ki, əgər Makron seçkilərdə
millətçilərin daha
çox səs topalayacağını güman
etsəydi, Fransa parlamentinin aşağı
palatası olan Milli Assambleyanı buraxıb növbədənkənar
seçkilərə getməzdi.
Amma Makron Milli Assambleyanı buraxmaqla ölkədəki
siyasi böhranı daha da gərginləşdirdi.
Əslində isə Makron Avropa Parlamentinə
keçirilən seçkilərdə
millətçi Marin
Le Penin lideri olduğu "Milli Birlik" Partiyasına uduzduqdan sonra hər şeyi anlamışdı. Onun Milli Assambleyanı buraxması və erkən seçkilərin
təyin edilməsi sadəcə səbatsız
idarəçiliyinin nəticəsidir.
Fransa mediası Makronun növbədənkənar
parlament seçkiləri
ilə bağlı qərarını ölkə
üçün naməlum
vəziyyətə aparan
avantürist sıçrayış
adlandırmışdı.
Xatırladaq ki,
Avropa Parlamentinə seçkilərdə 360 milyon
Aİ vətəndaşı 720 deputat seçmişdi. Millətçi Marin Le Penin "Milli Birlik" Partiyası Avropa Parlamenti seçkilərində prezident
Emmanuel Makron tərəfdarlarından iki
dəfə çox səs toplayaraq birinci yeri tutub.
Maraqlısı odur
ki, əgər Makron bundan sonra
daxili-siyasi işlərlə
məşğul olarsa
və Jordan Bardella baş nazir kimi Fransa
adından Aİ-də
çıxış edərsə,
Avropa İttifaqında
çətinliklər yarana
bilər.
Beləliklə, bu
seçkilərdə Fransada
millətçilərin qələbəsi
prezident Makrona 7 illik hakimiyyətinin ən böyük məğlubiyyətini gətirdi.
Fransa mətbuatının
yazdığına görə,
Makronun erkən seçki qərarı onun özünün siyasi məhvinə səbəb olub.
Ölkəni xaos
bürüyür
Seçkilərin nəticələri
elan edildikdən dərhal sonra prezident Makron verdiyi açıqlamada tərəfdarlarını millətçi
"Milli Birlik" Partiyasına qarşı
"böyük, açıq-aydın
demokratik və respublikaçı mitinq"inə
çağırıb.
Millətçi Marin
Le Pen isə tərəfdarlarını ikinci
turda da fəal olmağa və "Milli Birlik" Partiyasına daha çox səs verməyə dəvət edib.
Fransanın iqtisadiyyat,
maliyyə, sənaye naziri Bruno Le Mer növbədənkənar
parlament seçkilərinin
ilk turunun nəticələrini iqtidar
üçün məğlubiyyət
hesab edir. Onun fikrincə, elə etmək lazımdır ki, "Milli Birlik" Partiyası mütləq çoxluğu əldə
edə bilməsin:
"Seçicilərimizi prezident
koalisiyasından namizədlərin
ikinci tura keçə bilmədiyi dairələrdə sosial-demokrat
düşərgəsinin nümayəndələrinə
səs verməyə çağırıram. Mən Sosialist
Partiyasından, Kommunist
Partiyasından və ekoloqlardan olan namizədləri nəzərdə
tuturam".
Seçkilərdən dərhal
sonra Fransanın paytaxtı Parisdə
"Qara blok" hərəkatının
radikalları mitinq keçirməyə başlayıblar.
Nümayiş əvvəlcə
sakit keçib, iştirakçılar səsvermənin
nəticələrindən narazılıqlarını ifadə
edərək antifaşist
şüarlar səsləndiriblər.
Sonra onlara hərəkatın
radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa
və zibil qutularını yandırmağa
başlayıblar.
Lion şəhərində fransız
nümayişçilər mağazaların pəncərələrini
sındırıblar, polis gözyaşardıcı
qazdan istifadə edib. İğtişaşçılar
şəhərin mərkəzində
yanğınlar törədiblər.
Həmçinin Parisdəki
Respublika meydanında nümayişçilər
tüstü bombaları
yandıraraq seçkilərdə
liderlik edən
"Milli Birlik" Partiyasına etiraz ediblər. Polis buna cavab olaraq gözyaşardıcı
qazdan istifadə edib.
Fransa KİV-lərində isə maraqlı sərlövhəli
analitik yazılar dərc edilib.
"Challenges" jurnalında dərc edilən "Kral Makronun hakimiyyətinin sonu" başlıqlı
yazıda Makronun
öz tənəzzülünə
səbəb olduğu
yazılıb.
Fransanın "Le Figaro" qəzeti "Ümumi seçkilər: Makronun uduzduğu mərc" başlıqlı məqaləsində
prezidentin mərkəzdəki
"blokunun" yox olmaq təhlükəsi ilə üzləşdiyi
barədə xəbərdarlıq
edib.
Bir sözlə, məğlubiyyətdən
sonra Emmanuel Makronun mərkəzçi partiyasının
gələcəyi təhlükə
altındadır, bəzi
ekspertlər hətta onun mövcudluğunu da şübhə altına alırlar.
Qeyd edilir
ki, millətçi "Milli Birlik" Partiyasının parlamentdə
mütləq əksəriyyət
əldə etməsinə
cəmi bir neçə mandat çatmaya bilər. Lakin nisbi çoxluğa baxmayaraq, Marin Le Pen və
Jordan Bardellanın partiyası
yeni hökumətin formalaşdırılmasına
əsas iddiaçı
olaraq qalır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.10.