Azərbaycan
"yaşıl enerji"yə
keçiddə qərarlıdır
COP29-da bu, bütün dünyaya bir daha nümayiş
olunacaq
1992-ci ilin iyun ayında Rio de Janeyroda keçirilən dünya sammitində 154 dövlət tərəfindən
imzalanan İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası
həyati əhəmiyyətli
olduğunu ilbəil sübut edir. Konvensiya iqlimi qorumaq adına ilk beynəlxalq qanun kimi də
xarakterizə edilə
bilər.
1995-ci ildə isə
BMT-nin ilk İqlim Dəyişikliyi Konfransı keçirilmiş
və 150-dən artıq
dövlətin nümayəndəsi
istixana qazı emissiyalarının azaldılması
məsələlərini və
dövlətlərin müvafiq
öhdəliklərini müzakirə
etmək üçün
Tərəflərin Birinci
Konfransına toplanmışlar.
Müzakirələrin leytmotivi
2000-ci ilə kimi emissiyanın miqdarının
1990-cı il səviyyəsinə
endirilməsi olmuşdur.
O gündən sonra
30 ilə yaxın keçən dövr ərzində iqlim dəyişikliyi planetdə
siyasi ağırlıqlı
məsələyə çevrilib.
İllərdir dünya
iqlim dəyişikliyinin
fəsadlarına qarşı
mübarizəyə qalxıb.
İqtisadyönümlü olsa da, bu
mübarizənin önündə
siyasi qərarlar dayanıb. Ölkələrin
müzakirələr nəticəsində
verilən qərarların
qeyd-şərtsiz yerinə
yetirmək vəzifəsi
yaxınlaşmaqda olan
qlobal fəlakətlə
mübarizənin mühüm
şərtinə çevrilib.
Həmin şərtə
əməl etmək ilk növbədə inkişaf etmiş ölkələrin bir nömrəli vəzifəsi
olub, kimsə bundan qaça bilməz. Fakt: 2020-ci ildə Donald Tramp ABŞ-ni Paris müqaviləsindən
geri çəkdi. Amma cəmi bir il sonra Co Bayden hakimiyyətə gələrkən
Paris müqaviləsi yenidən
qüvvəyə mindi və hətta ABŞ Prezidenti bildirdi
ki, bu məsələ təcili olaraq fəaliyyətə
başlamağı tələb edir. Yəni ABŞ kimi bir
dövlətin belə, iqlim dəyişikliyi ilə mübarizədə
"nəyi necə istəyirəm elə edəcəm"
şıltaqlığı keçmir. Çünki iqlim dəyişikliyi
sıradan problem deyil, o, "domino effekti" yaratmağa qadir
bəladır.
Məlumdur ki,
atmosferə buraxılan zəhərli qazların miqdarına
görə üstünlük inkişaf etmiş ölkələrin üzərinə düşür və
iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz
qalan dövlətlər də məhz onlardır. Elə bu
yerdə qeyd edək ki, Azərbaycan iqlim dəyişikliyinə
qarşı mübarizədə istər ölkədaxili, istərsə
də beynəlxalq müstəvidə davamlı addımlar
ataraq bütün dünya üçün örnək sərgiləyir.
Bunu bir neçə ay əvvəl Prezident İlham Əliyev
Almaniyada Olaf Şoltsla birlikdə keçirdikləri mətbuat
konfransında da söyləmişdir: "Neft və qaza sahib
ölkələr haqqında hansısa miflər
yaradılmamalıdır, bu ölkələr iqlim məsələlərinin
həlli üçün çox böyük səylər
göstərir". Sözsüz ki, Azərbaycan bu dövlətlərin
sırasında ön yerdədir. BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də
sübut edir ki, Azərbaycan sahib olduğu zəngin karbohidrogen
ehtiyatlarının fonunda iqlim dəyişikliyinə
qarşı mübarizədə hansı rolu
oynayacağını yaxşı bilir.
Neft-qaz
ehtiyatları təbiətdən gəlir və buna insan iradəsi
müdaxilə edə bilməz, yəni bu ehtiyatlara sahib olmaq ölkəmizin
seçimi deyil. Amma, məsələn, "yaşıl
enerji"yə keçid bizim öz seçimimizdir. Belə
ki, bərpaolunan enerji mənbələrindən istifadənin
genişləndirilməsi dövlətimiz üçün
prioritet istiqamətlərdəndir və 2030-cu ilə kimi
elektrik enerjisində bərpaolunan enerjinin payının 30 faizə
çatdırılmasının hədəflənməsi
mühüm əhəmiyyət kəsb edir. Bunu
işğaldan azad edilmiş ərazilərdə aparılan
yenidənqurma işlərində də müşahidə etmək
mümkündür. Qarabağın "yaşıl
enerji" zonasına çevrilməsi istiqamətində verilən
qərarlar sürətlə icra edilir. Həmin sürəti təmin
edən səbəblərdən biri Azərbaycanın bərpaolunan
enerji ilə bağlı qabaqcıl xarici şirkətlərlə
əməkdaşlıq etməsi və onların təcrübəsindən
faydalanmasıdır. Ölkəmizin coğrafi məkanının
zəngin külək, günəş enerjisi potensialına
malik olduğu nəzərə alınarsa, bu əməkdaşlıq
ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə
də töhfə verir.
COP29-un
keçirilməsinə təxminən dörd ay qalmasına
baxmayaraq, Azərbaycandan kənarda da bu qlobal toplantı ilə
bağlı tədbirlər keçirilir. Bir ay öncə
BMT-nin Bonnda keçirilən Beynəlxlq İqlim
Konfransında COP29-da müzakirə olunacaq məsələlərlə
bağlı bəzi qərarlar qəbul edilib. İqlim, Enerji və
Resurs Təhlükəsizliyi üzrə Avropa Klasterinin (EUCERS)
Təhlükəsizlik, Strategiya və İnteqrasiya üzrə
Təkmil Araşdırmalar Mərkəzinin (CASSIS) Tədqiqat
şöbəsinin rəhbəri, NATO-nun Enerji və İqlim
Təhlükəsizliyi üzrə məsləhətçisi
Frank Umbax deyib: "Bonnda keçirilən BMT-nin Beynəlxalq
İqlim Konfransı irəliyə doğru yalnız təvazökar
addımlar və nəticələr verdi. Ən vacib sual G7
kimi daha zəngin ölkələrin yoxsul ölkələr
üçün kifayət qədər maliyyə təmin
edib-etməyəcəyi və yoxsul ölkələr
üçün illik 100 milyard dollar məbləğində
maliyyələşdirmə hədəfinin Bakıda
keçiriləcək növbəti COP29 iqlim sammitində dəyişdirilib-dəyişdirilməyəcəyidir.
İkinci sual: Çin, Səudiyyə Ərəbistanı,
Birləşmiş Ərəb Əmirlikləri və Hindistan
kimi digər dünya iqtisadi gücləri də
üçüncü dünya ölkələri
üçün pul ödəməyə
hazırdırmı? Artıq "inkişaf etməkdə olan
ölkə" deyil, dünyanın ən böyük
iqtisadiyyatı və texnologiya baxımından super güc olan
Çin qlobal CO2 emissiyalarının üçdə birini təşkil
edir. COP29-dan sonra qarşıda duran ən böyük sual
Trampın yenidən ABŞ-nin növbəti prezidenti
olub-olmayacağı və daha sonra Trampın əvvəlki
prezidentliyi dövründə etdiyi kimi, Bayden dövründəki
ABŞ-nin iddialı iqlim siyasətlərini yenidən geri
götürməyəcəyi olacaq. Suallar həmçinin
Aİ-nin gələcək iqlim siyasətini əhatə edir,
çünki maliyyələşdirmə siyasətinin
prioriteti təhlükəsizlik və müdafiəyə
doğru dəyişir".
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.8.