Vaxtında verilmiş qərar

 

 

Azərbaycan vətəndaşları ölkə cəmiyyət həyatı üçün xüsusi əhəmiyyət daşıyan mühüm bir tədbirə hazırlaşırlar. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli sərəncamı ilə sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Ərazi bütövlüyümüzün tam bərpası şəraitində təşkil ediləcək parlament seçkiləri ölkəmizin demokratik inkişafının növbəti təsdiqi olacaq.

 

 

 

Tarixi dövrün parlamenti

 

 

 

2020-ci ilin fevralında keçirilən növbədənkənar seçki əsasında formalaşmış mövcud parlamentin fəaliyyət müddəti həm Azərbaycan, həm ümumən regionumuz üçün tarixi bir dövrə təsadüf etmişdir. 6-cı çağırış Milli Məclisin fəaliyyətə başlamasından bir neçə ay sonra Vətən müharibəsi başlanmış, Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Qısa müddətdən sonra Qarabağda həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olunmuş, Ermənistanla sərhədlərin delimitasiyası demarkasiyası proseslərinə start verilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun gücü ilə BMT qətnamələrinin icrasına nail olmuş, Azərbaycanın liderliyi ilə regionda yeni tarixi reallıqların əsasını qoymuş, son bir neçə əsrin probleminin həllinə nail olmuşdur. Dövlətimizin torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağda, Şərqi Zəngəzurda öz resursları hesabına həyata keçirdiyi bərpa-quruculuq tədbirləri, azad yurdlarımıza böyük köçün başlanması bu tarixi reallığın xoş mənzərələridir.

Yeni strateji dövrdə həyata keçirilən qlobal layihələr, iqtisadi proqramlar sayəsində Azərbaycanın potensialı daha da güclənmiş, ölkəmizin beynəlxalq nüfuzu artmış, dünyada baş verən proseslərə təsir imkanları genişlənmişdir. Bu dövr eyni zamanda ölkəmizdə islahatların daha da gücləndirilməsi, idarəçilik mexanizminin təkmilləşdirilməsi, bir sıra struktur islahatlarının aparılması, kadrların yenilənməsi prosesinin davam etdirilməsi dövrü olmuşdur. Son parlament seçkilərindən bəri ötən müddəti ölkəmizdə yeni siyasi konfiqurasiyanın qurulması, yeni siyasi mədəniyyətin formalaşması dövrü kimi xarakterizə edə bilərik. Eyni zamanda həmin müddətdə bütün dünyanı təhdid edən COVID-19 pandemiyası Azərbaycan üçün yeni çağırışlar yaratmış, ölkəmiz, cəmiyyətimiz bir sıra sosial-iqtisadi, mənəvi-psixoloji sınaqlardan keçmişdir. Bu baxımdan, altıncı çağırış Milli Məclisdən çox böyük gözləntilər vardı indi nəticələri qiymətləndirərkən görə bilərik ki, öz səlahiyyət müddəti ərzində parlament üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirməyə çalışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində uğurla ardıcıl şəkildə həyata keçirilmiş çoxşaxəli məqsədyönlü islahatlar nəticəsində ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu bu dövrdə parlament yeni strateji dövrün tələblərinə uyğun qanunyaratma fəaliyyətini uğurla həyata keçirmişdir. Milli Məclis ölkəmizin bütün sahələrində inkişafı təmin edə biləcək müasir tələblərə cavab verən çoxsaylı qanunlar qəbul etmişdir. O cümlədən, Milli Məclisin beynəlxalq sahədə fəaliyyəti uğurlu olmuşdur. Azərbaycan parlamenti bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etmişdir.

Azərbaycan dövlətinin həyata keçirdiyi daxili xarici siyasətdə, dövlət idarəetməsinin daha da təkmilləşdirilməsində yaxından iştirak edən, yerlərdə seçicilərlə müntəzəm aparan, həmçinin qanunvericilik fəaliyyətini həyata keçirən Milli Məclisin ölkəmizin bu dövr üzrə qarşıya qoyduğu hədəflərin əldə edilməsinə töhfələri böyük olmuşdur. Milli Məclisin deputatları dövlətimizin həyata keçirdiyi siyasətin həm daxili, həm xarici auditoriyada kommunikasiya edilməsində, cəmiyyəti maraqlandıran bir sıra məsələlərin aktuallaşdırılmasında həllində, parlamentlərarası əlaqələr səviyyəsində xarici tərəfdaşlıqların daha da gücləndirilməsində, bir sıra beynəlxalq qurumlarda Azərbaycanın mövqeyinin layiqincə təqdimində rolları böyük olmuşdur.

 

 

 

COP29 ərəfəsində

 

 

 

Yeni strateji dövrün davamında da Azərbaycan həm ölkəmiz, həm regionumuz, həm ümumən dünya üçün çox əhəmiyyətli proseslərə hazırlaşır. 2024-cü ilin 11-22 noyabrında ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına evsahibliyi edəcək. Xüsusilə COP29 miqyasına görə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlərin ən böyüyü olacaq. Bu tədbirlərdə bir çox ölkələrdən nümayəndə heyətləri iştirak edəcəklər. Dünya ictimaiyyətinin bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün yekdilliklə ölkəmizə etimad göstərməsi dövlətimizə layiq olduğu böyük etibar, ehtiram dəstəyin növbəti ifadəsi kimi təbii ki, qürur doğurur. Eyni zamanda bu tədbirlərin ən yüksək səviyyədə təşkili Azərbycan üçün böyük məsuliyyət, qlobal nüfuz, həm beynəlxalq öhdəlik məsələsidir. Bu tədbir ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi üçün gözəl bir fürsətdir. Həm bu amillərdən irəli gələrək, həm ölkəmiz üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi zərurətini nəzərə alaraq, COP29-a qədər Azərbaycan Respublikası Milli Məclisinin ərazi bütövlüyümüzün bərpasından sonra yeni tərkibinin tam formalaşdırılması tədbir müddətində ölkə parlamentinin yeni tərkibdə təmsil olunması məqsədəuyğundur.

Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Sədrinə müraciət edərək ölkəmizdə növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirmişlər. Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların müraciətinin digər siyasi partiyaları təmsil edən deputatlar, habelə heç bir siyasi partiyaya mənsub olmayan deputatların əksəriyyəti tərəfindən dəstəklənməsi, növbədənkənar seçkilər keçirilməsinin zəruriliyinin bəyan edilməsi ölkəmizdə formalaşan yeni siyasi mədəniyyətin göstəricisidir.

 

 

 

Seçkilərin demokratik keçirilməsi üçün yaradılan şərait

 

 

 

Yeni parlament seçkilərinin COP29 tədbirindən bir neçə ay əvvəl keçirilməsini şərtləndirən daha bir mühüm səbəb var. Belə ki, COP29-a hazırlıq işlərinin görülməsi həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması labüddür. Çünki qeyd etdiyimiz kimi, bu tədbirin ən yüksək səviyyədə keçirilməsi Azərbaycan üçün göstərilmiş yüksək beynəlxalq etimada layiqlik nüfuz, eyni zamanda imzalanmış müqavilələrdən irəli gələn hüquqi öhdəlikdir. Ona görə məhdudiyyətləri lazım gələn məqamlarda hər birimiz anlayışla qarşılamalı, bu məsələdə yüksək məsuliyyət göstərməliyik. Amma eyni zamanda Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkili, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə maneəsiz iştirakının, səsvermədə öz iradələrini azad sərbəst ifadə etməsinin təmin olunması da dövlətin əsas vəzifələrindən biridir. Həmin dövrdə müəyyən məhdudiyyətlər şəraitində bu vəzifəni lazımi səviyyədə yerinə yetirmək mümkün deyil. Ona görə 1 sentyabr 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı zamanında atılmış addım kimi Azərbaycan dövlətinin parlament seçkisini tam demokratik əsaslarla keçirmək üçün ortaya qoyduğu siyasi iradənin, yaranmış vəziyyətlər qarşısında çevik davranmaq potensialının göstəricisidir.

Azərbaycan Milli Məclisinə növbəti seçkilər tam demokratik şəraitdə, yüksək səviyyədə keçəcək yeni formalaşacaq parlament strateji dövrdə ölkəmizin gələcək inkişafına layiqli töhfələrini verəcəkdir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 2 iyul, № 135.- S.7.