Azərbaycan
və İsrailin
XİN rəhbərləri regionda və Qəzza ətrafındakı
vəziyyəti müzakirə
ediblər
İyunun 28-də xarici
işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin xarici işlər naziri
İsrael Katz arasında
telefon danışığı
olub.
Nazirliyin Mətbuat
xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
tərəflər iki
ölkə arasında
əməkdaşlıq əlaqələrinin
cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri,
Qəzza ətrafında
yaranmış vəziyyəti
müzakirə ediblər.
Ceyhun Bayramov Qəzzada qısa müddət ərzində
atəşkəsin əldə
olunması, hər iki tərəfdən mülki əhalinin hədəf alınmaması,
İsrail-Fələstin münaqişəsinin
sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Telefon danışığı
zamanı Azərbaycanın
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirə
(AQEM) çərçivəsində
2024-2026-cı illəri əhatə
edən sədrliyi çərçivəsində görülməsi zəruri
işlər və planlar nəzərdən keçirilib.
Ceyhun Bayramov həmkarına postmünaqişə
dövründə bölgədəki
mövcud vəziyyət
və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı
bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə
Azərbaycan-Ermənistan sülh
prosesi barədə qarşı tərəfə
ətraflı məlumat
verib.
Ölkəmizin BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) sədrliyi çərçivəsində
iki ölkə arasında əməkdaşlıq
üçün əlavə
imkanın yarandığı
vurğulanıb.
Telefon danışığı
zamanı, həmçinin
qarşılıqlı maraq
doğuran digər məsələlərə dair
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.5.