Növbədənkənar
seçkilərin keçirilməsi
konstitusiyanın tələblərinə
tam uyğundur
"Milli Məclisə
növbədənkənar seçkilərin
təyin olunması günün tələblərindən
irəli gəlir və mövcud reallıqlar bunu tələb edir. Çünki bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan çox mühüm bir tədbirin - COP29-un keçirilməsinə hazırlıq
ərəfəsindədir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Onun
sözlərinə görə,
dünyanın əksər
ölkələrindən mötəbər
qonaqların Bakıya
gəlişi bu tədbirin təhlükəsiz
keçirilməsini qarşıya
mühüm vəzifə
kimi qoyur, həm də beynəlxalq öhdəliklərin
yerinə yetirilməsini
zəruri edir. Məhz bunu nəzərə alaraq Milli Məclisin əksər deputatları seçkilərin irəli
çəkilməsini vacib
hesab ediblər: "Sözsüz ki, bu qərar qanunauyğundur
və bilavasitə ölkənin beynəlxalq
imicinin qorunmasına xidmət edir. Digər tərəfdən,
ilin sonunda ölkədə bələdiyyə
seçkiləri keçirilməlidir.
Bundan başqa,
"Formula 1" yarışları və digər çox mühüm tədbirlər nəzərdə
tutulur. Əlbəttə
ki, belə bir şəraitdə parlament seçkilərini
şəffaf, demokratik
şəraitdə keçirmək
bir qədər çətinlik yaradardı.
Ona görə də növbədənkənar
seçkilərin təyin
olunması konstitusiyanın
tələblərinə tam
uyğundur və ölkəmizin demokratik dövlət kimi tanınmasına töhfədir".
T.Rzayev qeyd edib ki, bu,
həm də şəffaflığa, insanların
hüquqlarının qorunmasına,
seçkilərin beynəlxalq
normalar əsasında
keçirilməsinə imkan
yaradır və burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz: "Xaricdə Azərbaycan əleyhinə
olan bəzi qüvvələr, eləcə
də daxildə olan bədxahlar növbədənkənar seçkilərin
keçirilməsi ilə
bağlı əsası
olmayan fikirlər söyləməklə seçki
prosesinə xələl
gətirmək istəyirlər.
Belə fikirlər irəli sürürlər
ki, seçkilərin irəli çəkilməsi
guya müəyyən
partiyaların hazırlığına,
onların seçkilərə
qatılmasına maneələr
törədir və bu, düşünülmüş
bir prosesdir. Bu, düz yanaşma
deyil".
Komitə sədri
vurğulayıb ki, əgər kimsə xalq arasında hörmətə layiqdirsə,
hər hansı bir siyasi partiya
və ya ictimai təşkilat əvvəldən öz mövqeyini ortaya qoyub xalqın etimadını qazanıbsa,
o, seçkilərə istənilən
vaxt gedə və uğur qazana bilər: "Belə əsassız fikirləri müxalifət
hər bir seçkidə söyləyir
və nəticədə
bunun heç bir əsası olmadığı müəyyən
edilir. Parlamentdə bir çox müxalifət partiyaları
təmsil olunublar və demokratik prinsiplər nəzərə
alınaraq bu partiyaların təmsilçiləri
Milli Məclisin komitələrində və
komissiyalarında məsul
vəzifələr tutublar.
Onların arasında komitə sədrləri, komitə sədrlərinin
müavinləri və
müvafiq beynəlxalq
təşkilatlarda təmsil
olunan namizədlər
var".
Tahir Rzayevin fikrincə, belə fikirlər cəmiyyəti
çaşdırmaq, növbədənkənar
seçkilərə kölgə
salmaq məqsədi daşıyır, ancaq bütün bunlar əsassız iddialardır.
Növbədənkənar seçkilər
əvvəllər olduğu
kimi, yüksək əhvali-ruhiyyədə, demokratik
şəraitdə, şəffaf
və uğurlu keçiriləcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.7.