Pərviz Şahbazov: “Azərbaycan COP29-un
uğurlu nəticələrlə yekunlaşması
üçün əlindən gələni edəcək”
Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində Yaşıl
Enerji Keçidi Konqresi çərçivəsində
keçirilən nazirlər
panelində əsas məruzəçi olaraq
COP29 öncəsi Azərbaycanın
milli enerji strategiyasına dair çıxış edib.
Energetika Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
Azərbaycanın sosial-iqtisadi
inkişaf strategiyası
və müasir milli enerji siyasətinin
yaşıl artımı
hədəfləyən prioritetlərinin
COP məqsədləri ilə
üst-üstə düşdüyü,
COP29-a sədrliyin uzun
illərdir qazıntı
yanacağı üzrə
etibarlı tərəfdaş
olan ölkəmizin dünyada təhlükəsiz
və ədalətli enerji keçidindəki rolunu gücləndirdiyi qeyd olunub. Bildirilib
ki, 1300 meqavatlıq günəş-külək elektrik
stansiyalarının təməlinin
qoyulması və 100 meqavat külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planlarımız
uğurla reallaşır:
“Bu gedişatla 2030-cu ilə 30 faizlik hədəfimizə daha tez nail olacağıq.
2027-ci ilədək 2 milyard
dollardan çox investisiya dəyərində
2 qiqavatadək günəş-külək
elektrik stansiyalarının
inşası bərpaolunan
enerjinin quraşdırılmış
gücdə payını
33 faizə yüksəldəcək”.
O da əlavə edilib ki, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
“yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə
də Naxçıvanın
sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə
5 qiqavatdan çox yaşıl elektrik və yaşıl qazların ixracı məqsədilə “Xəzər-Qara
dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”,
həmçinin Qazaxıstan
və Özbəkistandan
enerjinin ötürülməsi
üçün “Azərbaycan-Mərkəzi
Asiya-Avropa” yaşıl
enerji dəhlizlərinin
yaradılması dekarbonizasiya
və iqlim məsələlərində ölkəmizi
regionda ön plana çıxarır.
“Yaşıl
enerji zonaları və dəhlizləri” kimi örnək təşəbbüslər
bu gün nəinki COP29-un Fəaliyyət Gündəliyinə
istiqamət verir, həmçinin COP-un mirası olmağa daha
münasibdir. COP29-un əsas mövzusunun maliyyə olduğunu
nəzərə aldıqda, bu tədbirin bərpaolunan enerjinin
üçqat, enerji səmərəliyinin ikiqat
artırılması və ədalətli enerji keçidinə
nail olunmasını sürətləndirəcək platforma
olacağına inanırıq. Bu aspektdə, elektrik şəbəkələrinin
gücləndirilməsini, enerji saxlanma imkanlarının
genişlənləndirilməsini, hidrogen istehsalının
artırılmasını, müvafiq istiqamətlər, o
cümlədən HVDC infrastrukturu, enerji səmərəliliyi
üzrə investisiyaların bir neçə dəfə
artırılmasını təmin edəcək yeni təşəbbüs
və hədəflərə ehtiyac var. Bu mötəbər tədbirin
sədrliyini öz üzərinə götürən Azərbaycan
bütün tərəflərlə səmimi və nəticəyönümlü
dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim
fəaliyyətini, enerji keçidini təmin etmək və
COP29-un uğurlu nəticələrlə yekunlaşması
üçün əlindən gələni edəcək”, -
deyə nazir bildirib.
Nazir Pərviz
Şahbazov müzakirələr zamanı Azərbaycan,
BƏƏ və Braziliyadan ibarət üçlük
mexanizmi, 2025-ci ildən sonrakı dövr üçün
iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin
razılaşdırılması, iqlim fəaliyyəti üzrə
çoxtərəfli dialoqun effektiv olması üçün
qarşılıqlı etimad, məsuliyyətin və maliyyə
imkanlarının ədalətli bölgüsünün təmin
edilməsi kimi məsələlərdən də bəhs
edib.
Azərbaycan.-2023.-
24 dekabr, ¹ 282.- S.15.