Naftalanda
COP29 çərçivəsində veloyürüş təşkil
olunub
“Yaşıl dünya
naminə həmrəylik
ili” və COP29 çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan
Şəhər İcra
Hakimiyyətinin, Azərbaycan
Respublikasının Gənclər
Fondunun birgə təşkilatçılığı ilə Naftalan-Suqovuşan-Naftalan
istiqaməti üzrə
veloyürüş təşkil
olunub.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, yürüşə
müxtəlif yaş aralığında 25-dən çox
iştirakçı qatılıb.
Əvvəlcə
Dövlət Himni səsləndirilib, torpaqlarımızın
azadlığı uğrunda canından keçmiş şəhidlərimizin
ruhu bir dəqiqəlik sükutla yad edilib.
Veloyürüş
iştirakçıları başlanğıc nöqtəsi
Naftalan şəhəri olmaqla Suqovuşan istiqamətində hərəkət
edərək, Naftalan şəhərinə qayıdıblar. Onlar ümumilikdə 50 kilometrə qədər məsafəni qət ediblər. Yürüş
şəhər sakinlərinin
və turistlərin marağına səbəb
olub.
Veloyürüş iştirakçıları
Naftalan ŞİH-in təşəkkürnamə və
sertifikatları ilə
təltif olunublar.
Yürüşün məqsədi Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin
“Yaşıl dünya
naminə həmrəylik
ili” elan edilməsinə dair təsdiq olunmuş müvafiq tədbirlər planına əsasən ətraf mühitin mühafizəsi, yaşıl
artım və sağlam həyat tərzinin geniş ictimaiyyətə aşılanmasıdır.
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.8.