Makronun siyasəti fiaskoya uğrayır

 

 

O, hakimiyyətini müxalifətlə bölüşə bilər

 

 

 

"Avropa Parlamentinə seçkilərdə rüsvayçı məğlubiyyətin ardınca Emmanuel Makronun Fransada növbədənkənar seçkilərə getməklə vəziyyəti "düzəltmək" cəhdi onun fiaskosunu daha da dərinləşdirdi. Makronun əsas rəqibi olan Marin Le Penin "Milli Birlik" Partiyası müttəfiqləri Fransada keçirilən parlament seçkilərinin ilk turunda 33.4 faiz səslə qalib gəliblər".

Bu fikirləri qəzetimizə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat diqqətə çatdırıb ki, prezident Emmanuel Makronun rəhbərlik etdiyi koalisiya solçu "Yeni Xalq Cəbhəsi" Partiyasından sonra seçkilərdə 3-cü yerdə qərarlaşmalı olub. Nəticə etibarilə Makron Avropa Parlamentinə seçkilərin ardınca növbəti dəfə ağır məğlubiyyətə məruz qalaraq seçkilərin ikinci turunda yenidən qüvvəsini sınamağa məcburdur. Belə ki, qalib partiyayanın Fransada təkbaşına hökumət qurmaq üçün parlamentin 577 yerindən 289 mandata ehtiyacı var. "Milli Birliy"in müttəfiqlərinin növbədənkənar parlament seçkilərinin birinci turunda əldə etdiyi nəticələr Fransa respublikaçılarının Marin Le Penə seçki öncəsi dəstəyi onu deməyə əsas verir ki, çox güman ki, seçkilərin ikinci turundan sonra Makron hakimiyyətini müxalifətlə bölüşməli olacaq. Bu isə o deməkdir ki, Makron Fransa tarixinin ən uğursuz xarici siyasət kursunun sahibi olmaqla yanaşı, həm "fail leader" (uğursuz lider) statusuna malik rəhbər kimi yadda qalacaq. "Fransa prezidentli respublikadır əsas hakimiyyət ölkə prezidentinin əlində cəmləşib. Yəni Marin Le Penin koalisiyasının Fransa parlamentində böyük çoxluğa sahib olması, yaxud təkbaşına hakimiyyəti yalnız Fransada hökumət üzərində nəzarəti təmin etmiş olacaq. Bütövlükdə isə Fransanın dövlət siyasəti, o cümlədən xarici siyasət kursunda köklü formada nəyinsə dəyişəcəyi gözlənilən deyil. Hazırda Fransanın daxili xarici siyasətinin təməlində beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə zidd, aşkar cinayətkar mahiyyət dayanır. Belə ki, ölkə daxilində qeyri-fransızlara münasibətdə hökumətin siyasəti, bir çox hallarda vandalizm polis zorakılığı ilə müşahidə olunan yanaşmalar artıq Fransa cəmiyyəti üçün adi hala çevrilib", - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, Fransanın işğal altında saxladığı koloniyalarında isə vəziyyət hər ötən gün daha da ağırlaşır. Xüsusən dənizaşırı ərazilərdə müşahidə olunan polis zorakılığı, yerli xalqların aşkar ayrı-seçkiliyə məruz qalması, qanunsuz miqrasiya hesabına etnik tərkibin zorla dəyişdirilməsi cəhdləri fonunda Parisin neokolonialist imperialist iddialarda israrlı olduğunu göstərir. Təbii ki, "Milli Birliy"in hökumətdə əsas gücə sahib olması bu vəziyyətin köklü dəyişəcəyi anlamına gəlməyəcək. İlk növbədə, Fransada hələ qərarverici şəxsin Makron olaraq qalması fonunda bu, inandırıcı deyil. Digər tərəfdən, sağçıların özlərinin vədləri Makron siyasətindən köklü şəkildə fərqli heç vəd etmir.

Deputat qeyd edib ki, Marin Le Pen onun koalisiyasının seçkiqabağı təşviqatı millətçilik ideyaları üzərində qurulub: "Yəni o komandasının əsas hədəfi Fransada irqi milli ayrı-seçkiliyin daha da dərinləşdirilməsinə istiqamətlənib. O cümlədən sağçılar Fransanın bəşəri cinayətlər törətdiyi koloniyalarında, ələlxüsus dənizaşırı ərazilərdə insan haqları beynəlxalq hüquq adına yaxşı heç bir vədin sahibi deyil. Bu isə o deməkdir ki, xüsusən Makron hakimiyyətindən sonra bu ölkədə yaranan ab-hava, həyata keçirilən zərərli dövlət siyasəti artıq antibəşəri təhdidə çevrilib kimin hakimiyyətdə olmasına baxmayaraq, Fransanın beşinci respublikası beynəlxalq hüquq adına, o cümlədən dövlətlərin əməkdaşlığı, sülh sabitlik istiqamətində qlobal əngəl kimi çıxış etməkdədir".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 2 iyul, № 135.- S.10.