Dünya
mediası Fransada parlament seçkiləri haqqında: ifrat sağçılar hakimiyyətə
gəlir
Fransada iyunun
30-da keçirilən parlament
seçkilərinin birinci
turunda Marin Le Penin sağçı populist “Milli birlik”
partiyası qələbə
qazanıb.
AZƏRTAC xəbər verir ki, Le Penin partiyasının qələbəsi və seçkilərin ilk turunun
yekunları beynəlxalq
medianın diqqət mərkəzindədir.
Gözlənilməz dərəcədə
yüksək seçici
fəallığı şəraitində
keçirilən səsvermə
zamanı “Milli birlik” koalisiyası səslərin
35,15 faizini, solçu
Yeni Xalq Cəbhəsi
alyansı 28 faizini, Prezident Emmanuel Makronun “Birgə Respublika Naminə”
mərkəzçi bloku
isə 20 faizdən bir qədər çoxunu toplayıb. Bu barədə dünya mediası Fransa Daxili İşlər Nazirliyinə
istinadla xəbərlər
dərc edib.
İyunun 30-da qanunverici
orqana keçirilən
seçkilərinin birinci
turunda ifrat sağçıların növbəti
sarsıdıcı məğlubiyyətindən
sonra Fransa Prezidenti
Emmanuel Makronun mərkəzçi
partiyasının gələcəyi
təhlükə altındadır,
bəzi ekspertlər hətta onun mövcudluğunu da şübhə
altına alır.
Proqnozlara görə,
iyulun 7-nə təyin
edilmiş seçkilərin
ikinci turunun nəticələri göstərir
ki, sağçı populistlər
Milli Assambleyada nisbi, hətta mütləq çoxluq əldə edə bilərlər. Bununla belə, DW yazır ki, “Emmanuel Makronun
başlatdığı macəradan
sonra ikinci turun nəticələrinə
əminliklə yanaşmaq
olmaz”.
Milli Assambleyada 577 deputat yerinin bölüşdürülməsi,
məsələn, “Milli birlik”
partiyasının namizədinin
qalib gəlməsinin qarşısını almaq
üçün səsvermənin
ikinci turunda bir çox namizədin geri addım atmasından asılı olacaq.
“Ipsos”un proqnozlarına
görə, “Milli birlik”
partiyasının parlamentdə
mütləq əksəriyyət
əldə etməsinə
cəmi bir neçə mandat çatmaya bilər. Lakin nisbi çoxluğa baxmayaraq, Marin Le Pen və Cordan Bardellin partiyası yeni hökumətin
formalaşdırılmasına əsas iddiaçı olaraq qalır.
Bir çox nəşrlər
xüsusilə qeyd edir ki, birinci turda seçici fəallığı 60 faizi
ötüb və bu, son onilliklərin ən yüksək göstəricisidir.
Bazar ertəsi, iyulun 1-də
Fransa Prezidenti gələcək
fəaliyyət planını
hazırlamaq üçün
hökumət iclasını
çağırmağı planlaşdırır. Bu barədə
məlumatlı mənbələr
“France Press” agentliyinə bildiriblər.
Azərbaycan.-2024.-
2 iyul, ¹ 135.- S.10.