Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

 

Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburq əyalətinin Bad Hofqastayn qəsəbəsində 4-cü Millətlər Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti təmsil edib.

Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsində yerləşən qəsəbədəki festivalın məqsədi müxtəlif xalqların mədəni müxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil təşkilatının Bad Hofqastayn bələdiyyəsi və Turizm Birliyi ilə əməkdaşlıq şəklində hazırladığı festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb. Guşədə Azərbaycan milli xörəkləri şirniyyatları, eləcə Azərbaycan istehsalı olan məhsul suvenirlər təqdim olunub. Festivalda milli geyimdə iştirak edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvləri yerli sakinlər turistlərə ölkəmiz, onun zəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verib, kitab broşürlər hədiyyə ediblər.

Festivalda müxtəlif ölkələrin nümayəndələri öz milli musiqi rəqslərini təqdim ediblər. Soydaşlarımızın təqdimatındaUzundərəNaz eləmərəqsləri xüsusi maraqla qarşılanıb.

Festival təşkilatçıları sonda ən maraqlı təqdimata görə Azərbaycan guşəsini birinci yerlə mükafatlandırıb, regionun mədəni müxtəlifliyinin tanıdılmasına həsr edilmiş festivala verilən töhfəyə görə təşəkkür ediblər.

 

Azərbaycan.-2024.- 2 iyul, № 135.- S.12.