"Gədəbəy,
Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə,
Kələki), Qızılbulaq,
Dəmirli və Vejnəli qızıl, mis və polimetal
perspektiv filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və
hasilatın pay bölgüsü haqqında
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə R.V.Investment Group Services, LLC ABŞ arasında bağlanılmış
Sazişdə Dəyişiklik"
sənədinin qəbul
və təsdiq edilməsi, həyata keçirilməsinə icazə
verilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. 2024-cü il mayın
24-də Bakı şəhərində
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə R.V.
Investment Group Services, LLC ABŞ arasında
imzalanmış "Gədəbəy,
Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə,
Kələki), Qızılbulaq,
Dəmirli və Vejnəli qızıl, mis və polimetal
perspektiv filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və
hasilatın pay bölgüsü haqqında
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə R.V.
Investment Group Services, LLC ABŞ arasında
bağlanılmış Sazişdə
Dəyişiklik" (bundan
sonra - "Dəyişiklik")
qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə
verilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən Sazişdə
iştirak edən Podratçıya verilən
Azərbaycan Respublikası
Hökumətinin təminatı
və öhdəliklərində
edilmiş dəyişiklik
qəbul edilsin və onun həyata
keçirilməsinə icazə
verilsin.
3. Bu Qanun qüvvəyə mindikdən
sonra Dəyişiklik Qanun olur. Dəyişiklik,
onun qüvvəyə
minməsindən irəli
gələn bütün
hüquqi nəticələri
ilə Sazişin ayrılmaz hissəsi olur.
4. Saziş Dəyişiklik
ilə dəyişiklik
edilmiş şəkildə
tam hüquqi qüvvəyə malik olmağa davam edir və Azərbaycan
Respublikasının Qanunu
olaraq tam qüvvəsini saxlayır.
5. Bu Qanun qüvvəyə mindikdən
sonra Podratçının
(və ya onun hüquq varislərinin) Hökumət
təminatı üzrə
əldə etdiyi hüquqlar və mənafelər Podratçının
qabaqcadan razılığı
olmadan dəyişdirilə,
düzəldilə və
ya azaldıla bilməz.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2024-cü il
Azərbaycan.-2024.-
3 iyul, № 136.- S.2.