"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında su təsərrüfatı sahəsində
Əməkdaşlıq Sazişi"nin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il mayın
8-də Ankara şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında su təsərrüfatı sahəsində
Əməkdaşlıq Sazişi"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Əməkdaşlıq Sazişi
qüvvəyə mindikdən
sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Əməkdaşlıq
Sazişinin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Türkiyə
Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 iyul 2024-cü il
Azərbaycan.-2024.-
3 iyul, № 136.- S.6.