"Azərbaycan
Respublikası Hökuməti
ilə Tacikistan Respublikası Hökuməti
arasında rəqəmsal
ticarət sahəsində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"nun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il mayın
23-də Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Tacikistan Respublikası Hökuməti
arasında rəqəmsal
ticarət sahəsində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 iyul 2024-cü il
Azərbaycan.-2024.-
3 iyul, № 136.- S.6.