"Azərbaycan
Respublikası Hökuməti
ilə Tacikistan Respublikası Hökuməti
arasında sənaye mülkiyyətinin mühafizəsi
sahəsində əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il mayın
23-də Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Tacikistan Respublikası Hökuməti
arasında sənaye mülkiyyətinin mühafizəsi
sahəsində əməkdaşlıq
haqqında Saziş"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Əqli Mülkiyyət
Agentliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Tacikistan Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 iyul 2024-cü il
Azərbaycan.-2024.-
3 iyul, № 136.- S.6.