2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Respublikaçı
Alternativ (REAL) Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 16/60
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Respublikaçı Alternativ
(REAL) Partiyası səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
etmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədləri Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
aşağıdakı şəxslər
Respublikaçı Alternativ
(REAL) Partiyasının səlahiyyətli
nümayəndələri və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndəsi kimi
qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Rəhim Əlihüseyn
oğlu Babayev
Fizuli Məhəmməd
oğlu Dehqani
Elnur Adigözəl
oğlu Xələfov
Şamil Camil oğlu Qarəhmədov
Novruz Muxtar oğlu Əliyev
Ramil Bahadin oğlu Süleymanov
Maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə
Elçin Mehdi
oğlu Qurbanov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr
Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
02.07.2024
Azərbaycan.-2024.-
3 iyul (№ 136).- S.7.