İlham
Əliyev sülh sazişinin başlıca şərtini bəyan etdi
Tərkibində Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan konstitusiyası dəyişdirilməlidir
Azərbaycanla Ermənistan
arasında ikitərəfli
danışıqların aparılması
ümumilikdə sülh
prosesinin irəlilədilməsi
üçün mühüm
şərait yaradıb.
Sərhədlərin delimitasiya
və demarkasiyasının
həyata keçirilməsinə
start verilməsi, o cümlədən Qazax rayonunun dörd kəndinin azad edilməsi münasibətlərin
normallaşması üçün
atılan təməl
addımlar kimi xüsusi əhəmiyyət
daşıyır. İki
ölkə arasında
sülh müqaviləsinin
bağlanmasına gəldikdə
isə, bunun üçün Ermənistan
tələb olunan vacib şərti yerinə yetirməlidir.
Kanadanın ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edən zaman Prezident İlham Əliyev məhz bu məsələni
xüsusi diqqətə
çatdırdı: “Sülh
sazişinin başlıca
şərti Ermənistanın
konstitusiyasının dəyişdirilməsidir.
Çünki onun tərkibində Azərbaycana
qarşı ərazi iddiaları var və bu, baş
verməyənə qədər
sülh sazişi imzalanmayacaq”.
Siyasi qətiyyət
Torpaqlarının 30 illik işğalı dövründə də Azərbaycan hər zaman sülh tərəfdarı olub, münaqişənin danışıqlar
vasitəsilə yoluna
qoyulmasına çalışıb.
Lakin məsələnin
danışıqlar yolu
ilə nizamlanması üçün missiyalandırılan
ATƏT-in keçmiş
Minsk qrupu 28 illik fəaliyyəti dövründə yalnız
onun olduğu kimi, yəni Ermənistanın xeyrinə dondurulması
üçün əlindən
gələni edib.
Ancaq işğal
siyasəti ilə heç vaxt barışmayacağını həm Ermənistana, həm də onu dəstəkləyən
xarici qüvvələrə
qətiyyətlə bildirən
Azərbaycan 44 günlük müharibə,
eləcə də antiterror tədbirləri ilə torpaqlarını azadlığına qovuşdurdu,
suverenliyini tam təmin etdi. Bakının sarsıdıcı
siyasi, diplomatik həmlələri bölgədə
maraqları olan mənfur xarici qüvvələri də ağır məğlubiyyətə
uğratdı.
Ötən dövrdə
bəzi Qərb ölkə və təsisatları Ermənistan
vasitəsilə Cənubi
Qafqazda yenidən münaqişə ocağı
yaratmaq üçün
xeyli çirkin fəaliyyət sərgilədilər.
Lakin onların bütün platformalarda başlatdıqları anti-Azərbaycan
kampaniyası ölkəmizin
səyləri ilə iflasa uğradıldı.
Sülh prosesində
sürətli irəliləyiş
Postmünaqişə dövründə mühüm
sülh təşəbbüsləri
ilə çıxış
edən Bakı İrəvana beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanan təkmil sülh modeli təklif edib. Azərbaycanın sözügedən
istiqamətdə əməli
fəaliyyət həyata
keçirməsinin nəticəsidir
ki, artıq iki ölkə problemlərini masa arxasında danışıqlar
vasitəsilə həll
edir, özü də vasitəçilərsiz.
Faktdır ki, Vətən müharibəsindən
sonra Fransa bir tərəfdən sülh prosesində vasitəçi kimi iştirak etmək üçün can atır, digər yandan da riyakar
fəaliyyəti ilə
barışa yox, bölgədə yenidən
münaqişə yaranmasına
çalışdı. Ancaq
Fransanın mənfur planları Bakı tərəfindən fiaskoya
uğradıldı. Ermənistan
nəhayət anladı
ki, xarici havadarlarının sözünə
uyub özünü uçuruma aparmaqdansa, Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan sülh şərtlərini
qəbul etməsi daha faydalıdır.
“Hazırda biz ikitərəfli səviyyədə
daha yaxşı nəticələr görürük.
Kiminsə tərəfindən
bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası,
hətta nadir hal olan demarkasiya
məsələlərində razılıqlara gələ
bilirik”, - deyən Prezident İlham Əliyev, danışıqlar
prosesi çərçivəsində
kifayət qədər
sürətli irəlilədiyimizi
hesab etdiyini söylədi. Dövlətimizin
başçısı dedi:
“Zənnimcə, sülh
müqaviləsinin mətni,
ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin
planı Madrid prinsipləri adlandırılan
əsas prinsiplərlə
bağlı razılığa
gəlməkdən ibarət
idi. Onlar paraflanmalı və daha sonra isə
mətn tərtib edilməli idi. Hesab edirik ki,
bu, bir variant
ola bilər - əsas prinsiplərlə bağlı razılıq
əldə edilsin, onlar paraflansın və daha sonra
mətn üzərində
iş getsin”.
Qayıdış hüququ
qarşılıqlı şəkildə
təmin olunmalıdır
Qarabağda həyata
keçirilən antiterror
tədbirlərindən sonra
orada məskunlaşan
erməni sakinlər könüllü şəkildə
ölkəmizi tərk
etdilər. Lakin bölgədə maraqları
olan bəzi xarici qüvvələr bu məsələdən öz xeyirlərinə istifadə etmək üçün guya onlara ölkəmiz tərəfindən qayıdış
hüququnun verilməməsi
ilə bağlı hay-küy yaradırlar. Birincisi, həmin ermənilər Azərbaycan
qanunları ilə yaşamaq istəmədikləri
üçün öz
xoşları ilə gediblər və qayıtmaq barədə də düşünmürlər.
Əgər belə düşüncələri olsa
belə, yalnız bir halda bu
gerçəkləşə bilər: tarixin müxtəlif dönəmlərində,
eləcə də
1980-ci illərin sonlarında
Ermənistan ərazisindən
qovulan azərbaycanlıların
da qayıdış hüquqları bərpa olunsun.
Bununla əlaqədar
Kanadanın yeni təyin olunmuş səfirinin şərhinə
cavabında dövlətimizn
başçısı bildirdi
ki, qayıdış hüququ qarşılıqlı
şəkildə təmin
olunmalı, o cümlədən
də Qərbi Azərbaycan İcmasının
nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı
keçən yüzillikdə,
sonuncusu 1988-ci ildə
olmaqla müxtəlif mərhələlərdə köklü
Azərbaycan əhalisinin
indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz
qaldığını və
onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını
qeyd etdi.
Bir sözlə,
Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə olunması üçün Azərbaycan
böyük səy göstərir. İki ölkə arasında intensiv danışıqların
aparılması, delimitasiya
və demarkasiya prosesinə başlanılması
da bu istiqamətdə
həyata keçirilən
effektiv işlərin müsbət nəticələrindəndir.
Ermənistanın ərazilərimizə
olan iddiasından birdəfəlik əl çəkərək konstitusiyasında
dəyişiklik edəcəyi
təqdirdə isə
sülh müqaviləsi
imzalana bilər.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
3 iyul (¹ 136).- S.10.