“Freedom House”un
hesabatının qərəzli
olduğunu bütün
dünya görür
ABŞ Dövlət Departamentinin marionet təsisatları olan, guya “demokratiya, siyasi azadlıqlar, insan hüquqları və onların müdafiəsi” ilə məşğul olduqlarını
deyən “Freedom House”nin
saxta reytinqlərində
Azərbaycanla bağlı
qərəzli mövqenin
əks olunması yenilik deyil. Uzun müddətdən bəridir ki, bu təşkilat bəyanat, hesabat adlandırdıqları cızmaqaralarinda
Azərbaycana qarşı
qeyri-obyektiv münasibət
nümayiş etdirir. Ölkəmiz haqqında yazılanlar və deyilənlər isə həqiqətdən, reallıqdan
çox-çox uzaq olan böhtan və yalanlardır.
Üzdə özünü
“müstəqil QHT” adlandırıb,
bu ad altında
fəaliyyət göstərən,
əslində isə asılı və muzdlu hökumət aləti olan “Freedom House” və ona oxşar
təşkilatların yalan
və hay-küylə
gündəmi zəbt
etməsi, təbiidir ki, onların gizli və məkirili
niyyətlərindən xəbər
verir. Bu gizli niyyətin arxasında isə həm də gizli məqsədlər dayanır. Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin “China Media Group” media
korporasiyasına müsahibəsində
“Freedom House” və digər
oxşar təsisatları
ifşa etmiş və bildirmişdi ki, “Hamımız bilirik ki, onlar
müstəqil deyil. Kim deyə bilər ki,
"Human Rights Watch", “Amnesty International” və “Freedom House”
müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və
kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar
tamamilə asılıdırlar".
Qərb
üçün demokratik ölkə ona qulaq asan, itaət edən,
necə deyərlər, “sözəbaxan” ölkədir. Biz
artıq şahidlik edirik ki, dünyanın “bizdən və
bizdən olmayan” bloklarına bölünməsi,
ayrı-seçkilik və sıfır tolerant, o cümlədən
nifrət dili təşviq edilməsi gizli deyil, açıq
formada həyata keçirilir. Sülh və sabitliyə ehtiyac
duyulduğu bir vaxtda qarşılıqlı anlaşma meydandan
qovulur. “Freedom House”un ideoloqlarının artıq çəkinmədən,
özü də qəsdən ayırıcı xətləri
dərinləşdirməsi, hazırda beynəlxalq aləmdə
cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng
verməyə çalışması dövlətləri bu
və ya digər düşərgəyə aid etməsi,
qruplara bölməsi heç bir məntiqə və standarta
sığmır.
Azərbaycana
qarşı həmişə qərəzli mövqe sərgiləyən
“Freedom House”un 2023-cü ilin sentyabr ayında da Azərbaycan
Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən
sonra iddia etmişdi ki, guya orada ermənilərin hüququ
pozulub. Özünü hüquq müdafiəçisi
adlandıran bu təşkilat 1 milyondan çox azərbaycanlı
məcburi köçkün və qaçqının 30 ilə
yaxın müddətdə pozulan hüquqlarını “yaddan
çıxardı”. Bir dəfə də olsun bu barədə
bəyanat vermədi, Ermənistana haqlı iradını
bildirmədi.
İllər
ötüb keçsə də, “Freedom House”da heç bir
yenilik, dəyişiklik yoxdu. Bu
təşkilat yenə əvvəlki ampulasındadı. Elə
dayandığı yerdə yatıb qalıb. Yenə də
ölkəmizə qarşı qara yaxmağa davam edir.
Artıq uzun müddətdir özünü radikal erməni
diasporunun muzdlu carçısına çevirmiş “Freedom
House” 2024-cü il iyulun 1-də heç bir reallıqla
üst-üstə düşməyən növbəti anti-Azərbaycan
hesabatını dərc edib. Hazırlanmış hesabatda
heç bir məntiqə əsaslanmadan Azərbaycanın
Qarabağ bölgəsindən ermənilərin
könüllü olaraq Ermənistana köçüb getməsini
hüquq pozuntusu kimi qələmə verilir.
Göründüyü kimi, “Freedom House” təşkilatı
insan hüquqları kimi ali dəyəri müdafiə etmək
əvəzinə, yenə də
radikal millətçi-terrorçu təəssübkeə
çevirilir. Yenə də erməniləri, erməniçiliyi
müdafiə edir. “Freedom House”da kök salmış
vitse-prezident Anni Boyacıyan, o cümlədən idarəçilikdə
üstün rolu olan Şaron Nazaryan kimi çoxsaylı radikal
erməni funksionerlərinin bu təşkilatda varlıqları
onların kim olduğunu və hansı məqsədə xidmət
etdiklərini aydın şəkildə göstərir.
Ümumiyyətlə, əksəriyyəti terror birləşmələrinin
üzvü olan erməni lobbisinin kollektiv Qərbin anti-Azərbaycan
mövqe tutan ölkələrində böyük infrastruktura
malik olması, siyasətçiləri ələ alması,
parlamentə, mətbuata və hökumət orqanlarına yol
tapması bir çox hallarda Azərbaycanofobiya mühitinin
yaradılması üçün əsas rol oynayır.
İkinci Qarabağ müharibəsində məhz erməni
diasporunun yerlə-yeksan edilməsi onlara sarsıdıcı zərbə
vurdu. Ona görə də hazırda bu təşkilatın erməni
klanının təşəbbüsləri əvvəlki kimi
kəsərli deyil. Azərbaycanın daim artan beynəlxalq
nüfuzu ermənilərə xidmət edən təşkilatları
gündən günə zəiflədir.
Ötən əsrin
doxsanıncı illərində Ermənistandan və vaxtilə
işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona
yaxın azərbaycanlının zorla qovulmasına göz yuman
“Freedom House” təşkilatının sözügedən
böhtan xarakterli hesabatı yayması haqlı olaraq Qərbi
Azərbaycan İcmasında hiddət doğurub. İcma bununla
bağlı bəyanat verib. Bəyanatda
deyilir: “Sözügedən hesabatın sifarişçiləri
regionda sülhə mane olmaq və ədavəti
qızışdırmaq məqsədi güdürlər. Bir
daha geniş ictimaiyyətə xatırladırıq ki,
vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal
erməni funksionerlərinin kök saldığı “Freedom
House”un insan hüquqlarının qorunması ilə heç
bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə
irqçi düşüncəli dairələrin təsirinə
düşmüşdür”.
“Freedom House” və
başqa təşkilatların Azərbaycan haqqında
dünyada yanlış təsəvvür yaratmaq arzuları
yerlə-yeksan olacaq. Onlar heç vaxt məqsədlərinə
çatmayacaqlar. Çünki hesabatda yazılanlar həqiqətdən
çox uzaq olan yalanlardır. Azərbaycana qarşı həmişə
ədalətsiz mövqe nümayiş etdirən, öz
korporativ maraqlarının təminatı üçün
yalanlar danışan, əfsanələr uyduran qərəzli
hesabatlar hazırlayan bu təşkilatların məqsədi hər
kəsə aydındır. Əsas niyətləri Azərbaycanın
dünyada daim artan uğurlarının, nüfuzunun üstünə
kölgə salmaqdır. “Freedom House”nin cəhdləri əbəsdir,
məğlubiyyətə məhkumdur. Çünki
dünyanın gözü açıqdır. Hamı
"Freedom House"un Azərbaycanın əleyhinə olan
hesabatının reallıqdan kənar və qərəzli
olduğunu çox yaxşı görür.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
3 iyul (¹ 136).- S.12.