ABŞ mətbuatı
Azərbaycanda dekolonizasiya
mövzusunda keçirilmiş
konfransdan yazıb
Ümumdünya Kilsələr
Şurasının (ÜİK) Mərkəzi Komitəsi Azərbaycanla razılaşır
ki, Fransız Polineziyası Fransa müstəmləkəçiliyindən azad edilməlidir.
AZƏRTAC xəbər
verir ki, bu barədə tanınmış siyasi şərhçi
və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi
və baş direktoru Reyçel Avraham baş qərargahı
ABŞ-ın Nyu-York şəhərində yerləşən
Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc
olunmuş məqaləsində yazıb.
"Azərbaycan
Bakıda dekolonizasiya mövzusunda konfrans keçirir"
başlıqlı məqalədə qeyd olunub ki, məqsədi
“Fransız azadlıq və antimüstəmləkəçi
hərəkatları”nı dəstəkləmək olan
“Bakı Təşəbbüs Qrupu” (BTQ) kimi tanınan təşkilatın
təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan
Milli Məclisində “Fransız Polineziyasının
dekolonizasiya hüququ: çağırışlar və
perspektivlər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində
Polineziya nümayəndə
heyəti ilə görüşən qrupun
icraçı direktoru
Abbas Abbasov “müstəmləkəçilikdən qurtulmaq istəyən xalqların ədalətli
mübarizəsini bundan
sonra da dəstəkləməyə” söz
verib.
Məqalədə Fransız
Polineziyası nümayəndə
heyətinin rəhbəri
Viktor Maamaatuayahutapunun
konfransdakı çıxışından
da iqtibas gətirilib: “Bu gün biz Fransanın
müstəmləkəçilik siyasətinə görə
təcrid olunmuşuq.
Biz siyasi cəhətdən gənc
millətik və Azərbaycanın dəstəyinə
ehtiyacımız var. Fransa bizi təcrid
etməyə çalışır,
çünki ərazimizdə
nüvə sınaqlarını
davam etdirmək istəyir”. Beynəlxalq hüquqi mexanizmlərin qeyri-mükəmməlliyinin Fransa
müstəmləkələrinin azadlığa çıxmasına
mane olduğu diqqətə çatdırılan
konfransda qeyd olunub ki, keçən
ilin iyulunda Bakıda BTQ-nin təsis edilməsi 150 ildən artıqdır Karib dənizi, Cənubi Amerika, Hind və Sakit
okeanlar daxil olmaqla regionlara təsir edən istismarla mübarizə üçün yeni səylər dalğasının
başlanğıcı kimi
qiymətləndirilməlidir.
Sözügedən hərəkatın
uğurlu olacağına
və nəhayət, məzlum xalqlara layiq olduqları azadlığı bəxş
edəcəyinə inam
ifadə olunan konfransda vurğulanıb ki, Fransa hökuməti
Fransız Polineziyasında
keçirdiyi nüvə
sınaqlarına görə
yalnız 2010-cu ildə
kompensasiya komissiyası
yaradıb. Amma sözügedən sınaqların
dağıdıcı fəsadlarına,
o cümlədən radiasiya
ilə bağlı xəstəliklərin artmasına
baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron hələ də rəsmi üzr istəməyib.
Yazıda Ümumdünya
Kilsələr Şurasının
Mərkəzi Komitənin
qəbul etdiyi ictimai bəyanatda Fransa hakimiyyətini "öz öhdəliklərini
yerinə yetirməyə
və Maohi xalqının iqtisadi, sosial və mədəni inkişafı
üçün bütün
lazımi vasitələri
təmin etməyə"
və "Fransadan zərər çəkmiş
bütün şəxslərə
təzminat ödəməyə”
çağırış edildiyi diqqətə çatdırılıb.
Azərbaycan.-2024.-
3 iyul (¹ 136).- S.12.