Geologiya Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

 

Elm Təhsil Nazirliyinin Geologiya Geofizika İnstitutunun Elmi şurasınınYaşıl dünya naminə həmrəylik iliçərçivəsində iclası keçirilib. İclasGeologiya Geofizika İnstitutu COP29 beynəlxalq konfransı ərəfəsindəmövzusuna həsr edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İclasda Geologiya Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə rəhbərlik etdiyi müəssisənin geoloq geofiziklərininYaşıl dünya naminə həmrəylik iliilə bağlı elmi potensialını xatırladaraq bildirib ki, alimlərin sözügedən beynəlxalq tədbirdə fəal olmaları zəruridir. Direktor, həmçinin COP-un tarixçəsi, mahiyyəti, bu tədbirə indiyə kimi ev sahibliyi etmiş ölkələr barədə danışıb.

İclasda Bakı Dövlət Universitetinin professoru Aydın İbrahimovun “COP29 onun geosiyasi əhəmiyyətimövzusunda məruzəsi dinlənilib. Məruzəçi vurğulayıb ki, Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edilməsi Azərbaycan üçün tamamilə yeni geosiyasi reallıq yaradıb. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın dəyərinin dünya miqyasında qiymətləndirilməsinə xidmət edəcək.

Akademik Fəxrəddin Qədirovun məruzəsi isə “Peyk texnologiyalarından istifadə etməklə iqlim dəyişikliyinin nəticələrinin tədqiqi: dayanıqlı inkişaf məqsədilə yaşıl enerjiyə keçid imkanları (Azərbaycan Xəzər rayonu)” mövzusuna həsr edilib.

Daha sonraİqlim dəyişmələri ssenarisi nəzərə alınmaqla Azərbaycanda geoloji proseslərXəzər suitilərinin populyasiyasına iqlim dəyişməsinin birbaşa təsirimövzularında məruzələr dinlənilib.

 

Azərbaycan.-2024.- 3 iyul (¹ 136).- S.13.