İstanbulda
Azərbaycan və Türkiyə gənclərinin
birgə konserti təşkil olunub
İstanbulda “Türkiyə-Azərbaycan
qardaşlığı və
dostluğu” şüarı
ilə konsert proqramı keçirilib.
AZƏRTAC xəbər
verir ki, Türkan Saylan adına Mədəniyyət Mərkəzində
baş tutan konsert qardaş ölkədə fəaliyyət
göstərən azərbaycanlı musiqi müəllimləri,
“Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin üzvləri
Nazlı Bağırova, Vüsalə Əsgərova və
Fidan İsmayılova tərəfindən təşkil olunub.
Proqramda əvvəl
Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib,
iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad
edilib.
Tədbirdə
çıxış edən “Tək Hədəfimiz Təhsil”
Birliyinin rəhbəri Cem Yıldırımer Türkiyə ilə
Azərbaycan arasındakı tarixin dərinliklərindən gələn
dostluq və qardaşlıq münasibətlərinin dünya
üçün bənzəri olmayan birlik, həmrəylik
modeli olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlər
hər sahədə olduğu kimi, mədəniyyət sahəsində
də sağlam təməllər üzərində
inşa edilib və bu dəyərləri
qoruyub-saxlamaq bizim ən ali vəzifəmizdir.
Konsertdə Azərbaycan
və Türkiyə gənclərinin ifasında
iki qardaş ölkənin xalq və bəstəkar mahnıları ilə yanaşı Avropanın klassik musiqiləri də səsləndirilib.
Tədbirlə bağlı
AZƏRTAC-a müsahibə verən
“Xarıbülbül” Azərbaycan
Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova deyib: “Belə tədbirlərin keçirilməsi gənclərimizin
ortaq mədəniyyətimizə
marağının artırılması
baxımından olduqca
vacibdir. Proqramda fiziki baxımdan qüsurlu övladlarımız
da iştirak edirdilər. Bu baxımdan bu, üç xanımın hazırladığı konsert
proqramı bütün
qonaqlarda olduğu kimi, mənim də qəlbimdə çox xoş hisslər oyadaraq inanılmaz iz qoydu. Çünki belə tədbirlər həm də bu gənclərin cəmiyyətdə yerlərini
tutmaları və özlərinə inamı
artırmalarına dəstək
verir. Bu kollektivlə gələcəkdə
bir sıra layihələri həyata keçirməyi planlaşdırırıq”.
Azərbaycan.-2024.-
3 iyul (¹ 136).- S.16.