Bakıda
Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb
İyulun 3-də Birləşmiş
Millətlər Təşkilatının
Azərbaycan nümayəndəliyi
və “PwC Azərbaycan”
şirkətinin birgə
təşkilatçılığı ilə Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti
işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “29 İqlim
söhbəti: COP29-a aparan
yol” təşəbbüsü
çərçivəsində “Dayanıqlı inkişaf naminə dövlət-özəl
tərəfdaşlıqları” mövzusunda keçirilən
sammit Azərbaycanın
2024-cü ilin noyabrında
ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) həsr
olunub.
Sammitin məqsədi
qlobal iqlim problemlərini həll etmək üçün
ESG prinsiplərinin inteqrasiyasının
təşviqi, dövlət
və özəl qurumlar arasında dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.
Əsas mövzular
arasında ESG-yə uyğunluğun təşviqi
və genişləndirilməsində
normativ aktların və standartların rolunu müzakirə etmək, dayanıqlı inkişafa effektiv töhfə vermiş uğurlu PPP (dövlət-özəl
tərəfdaşlığı) modellərini vurğulamaq,
dayanıqlı inkişaf
naminə dövlət-özəl
tərəfdaşlıqlarının qurulmasında qarşıya
çıxan problemləri
aşkarlamaq və iqlim məqsədlərinə
nail olmaq üçün konkret tədbirlər həyata keçirmək yer alıb.
Sammitdə çıxış
edən ekologiya və təbii sərvətlər naziri,
COP29-un müəyyən edilmiş
prezidenti Muxtar Babayev bildirib ki, özəl sektorun öz ambisiyalarını yüksəltməsi
və kollektiv tərəqqi üçün
davamlılıq öhdəliklərini
sürətləndirməsi lazımdır: “Biz birgə işləməklə
dövlət və özəl qurumların
ESG-nin həyata keçirilməsində anlayışlar,
strategiyalar və ən yaxşı təcrübələri paylaşa
biləcəyi əməkdaşlıq
mühitini inkişaf etdirmək səylərini
dəstəkləyə bilərik.
Ortaq problemlərimiz üçün işlək
həll yolları tapılması məqsədilə
özəl sektora ehtiyacımız var. Biz maliyyə planları, büdcələri
və hədəfləri
ilə dəstəklənən
etibarlı keçid yollarını qəbul etməliyik. Ümid edirik ki, şirkətlər
kapitalı necə bölüşdürdükləri və investisiya qərarlarının iqlim
məqsədlərimizə uyğun olmasını necə təmin etdiklərini göstərə
biləcək şəkildə
COP29-a hazır gələ
bilərlər”.
Nazir qeyd edib ki, iqlimə
müsbət təsir
göstərən iqtisadi
modellər yarada bilmək məqsədilə
yaşıl kapital bazarlarını dərinləşdirmək
üçün maliyyə
xidmətləri sənayesinə
ehtiyac var.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin
sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış
edərək deyib: “Bu il ictimaiyyətə
və biznes nümayəndələrinə ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq.
Çalışırıq ki, ESG üzrə bütün tərəflərin
aktiv iştirakı üçün şərait
yaradaq. ESG elementlərinin
təşviqi baxımından
biznes mühitinin yaxşılaşdırılması əsas prioritet hədəflərin tərkib
hissəsini təşkil
edir".
İqtisadiyyat nazirinin
müavini Sahib Məmmədovun sözlərinə
görə, ESG Dayanıqlı
İnkişaf Məqsədlərinə
nail olmaq istiqamətində fəaliyyətin
və tərəqqinin
sürətləndirilməsi üçün platforma rolunu oynayır. Bu gün dövlət
və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən
daha vacibdir.
Nazir müavini
qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə
bağlı üzərinə
öhdəlik götürüb:
“Bugünkü işimiz
inklüzivliyi, səmərəliliyi
və dayanıqlılığı
təşviq edir. ESG tərəfində hesabatlılıq
və şəffaflığa
gəldikdə, qeyd etmək istərdim ki, Azərbaycan Dayanıqlı İnkişaf
üzrə 7 Milli Hesabatını təqdim edən dünyanın bir neçə ölkəsi sırasındadır
və dünyanın beş ölkəsindən
biri 4-cü Könüllü
Milli İcmalını
təqdim etmək niyyətindədir”.
Sahib Məmmədov
bildirib ki, Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə çərçivələrinin ümumiləşdirilməsi davamlı
və məsuliyyətli
biznes təcrübələrinin
ölkənin korporativ
və maliyyə sistemlərinə inteqrasiyasını
nəzərdə tutur.
Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) İdarə Heyətinin
sədri Orxan Məmmədovun sözlərinə
görə, keçən
il KOBİA tərəfindən
cəlb edilən peşəkar sorğu şirkəti Azərbaycanda
ESG-nin cari vəziyyətini göstərən
ilk genişmiqyaslı
sorğu aparıb: “Sorğu ölkənin bütün ərazisini və müxtəlif sektorları əhatə etməklə 300-ə yaxın
respondent arasında keçirilib və ESG sahəsində mövcud statusun öyrənilməsi
baxımından ilk əhatəli araşdırma
hesab oluna bilər. Sorğunun göstəricilərinə əsasən,
ESG prinsipləri barədə
ölkədəki məlumatlılıq
səviyyəsi 7 faiz,
tətbiq səviyyəsi
isə 3,5 faiz təşkil edir. Təchizatçı seçimində
ESG prinsiplərini nəzərə
alma səviyyəsi
2,5 faiz, ESG prinsipləri
barədə hesabatlılıq
səviyyəsi 1,4 faizdir”.
Onun sözlərinə
görə, sorğu
ESG tətbiqinin ilkin ehtiyaclarını da müəyyən edir ki, bunlara detallı
izahlar, əlavə bilik və bacarıqlar
və insan resursları daxildir. İkinci dərəcəli
ehtiyaclar isə vergi güzəştləri,
subsidiyalar, qanunvericilik
dəyişiklikləri və
güzəştli kreditlərdir.
BMT-nin Azərbaycandakı
rezident-əlaqələndiricisi Vladanka Andreeva dayanıqlı inkişaf məqsədlərinə nail
olmaqda dövlət və özəl sektorlar arasında əməkdaşlığın həlledici rolunu vurğulayıb.
O bildirib ki, ESG
təcrübələrinin inteqrasiyası təkcə
uyğunluqdan ibarət
deyil - bu, dəyər yaratmaq, riskləri idarə etmək və gələcək nəsillər
üçün dayanıqlı
gələcəyə töhfə
verməkdən ibarətdir.
“PwC”nin Azərbaycan üzrə idarəedici partnyoru Shaukat Tapia çıxışında
deyib: “Biz ESG prinsiplərinin biznes strategiyalarına inteqrasiyasının
uzunmüddətli uğur
və dayanıqlılıq
üçün vacib
olduğunu hesab edirik. Bu sammit
iqlim dəyişikliyi
ilə bağlı mürəkkəb problemlərin
həlli üçün
çox vacib olan dövlət-özəl
əməkdaşlığının təşviqi üçün
mühüm platforma təqdim edir. Birlikdə işləməklə
biz dayanıqlı inkişafı dəstəkləyən,
maraqlı tərəflərin
inamını artıran
və təsir göstərən möhkəm
çərçivələr yarada bilərik. Burada paylaşılan fikirlər və strategiyalar Azərbaycan şirkətlərinə ESG səyahətlərində
yol göstərmək
və daha möhkəm gələcəyə
töhfə verməkdə
mühüm rol oynayacaq”.
Sonra “Yaşıl
gündəliyin müxtəlif
perspektivləri” sessiyası
keçirilib. Sessiyada
iqlimlə bağlı
fəaliyyətdə dövlət-özəl
sektor sinerjisi, SDG İnvestor Platforması və yaşıl inkişafı təşviq
etmək məqsədilə
strategiyalar mövzusunda
təqdimatlarla çıxışlar
edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu
Nigar Arpadarai və digərlərinin məruzələri dinlənilib.
Daha sonra “Azərbaycan hökumətinin
siyasətlərinə və
korporativ strategiyalarına
ESG-nin inteqrasiyası”
və “Özəl sektor perspektivi” mövzularında keçirilən
panel müzakirələrində
ESG prinsiplərinin Azərbaycanın
hökumət siyasətinə
və korporativ strategiyalarına inteqrasiyasına
dair müzakirələr
aparılıb.
Ətraf Mühit,
Sosial və İdarəetmə Sammiti iyulun 4-də işini davam etdirəcək.
Azərbaycan.-2024.-
4 iyul (¹ 137).- S.5.