Yeni
Azərbaycan Partiyasının İdarə Heyətinin
iclası olub
İyulun 3-də
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin
növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a YAP-dan məlumat
verilib.
Azərbaycanın olduqca mühüm ictimai-siyasi
proses ərəfəsində olduğunu söyləyən
YAP Sədrinin müavini
- Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov deyib:
“Bildiyiniz kimi, Prezident İlham Əliyevin
müvafiq Sərəncamı
ilə VI çağırış
Azərbaycan Respublikası
Milli Məclisi buraxılıb
və növbədənkənar
seçkilər 2024-cü il sentyabrın 1-nə təyin
edilib”.
Dövlətimizin başçısı,
Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevin
rəhbərliyi ilə
ölkəmizin böyük
inkişaf yolu keçdiyini vurğulayan
Tahir Budaqov qeyd edib ki,
dövlətimizin və
xalqımızın qarşısındakı
ən ümdə vəzifənin yerinə yetirilməsi - Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyinin təmin edilməsi müasir dövlətçilik
tariximizin ən şərəfli səhifəsi
və möhtəşəm
tarixi nailiyyətimizdir.
YAP Sədrinin müavini
diqqətə çatdırıb
ki, ölkəmizin qarşısında
növbəti strateji hədəflərin gerçəkləşdirilməsi
vəzifəsi dayanır.
YAP-ın avanqard siyasi qüvvə olaraq hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini söyləyən Tahir Budaqov partiyanın
qarşıdan gələn
parlament seçkilərinə
də yüksək səviyyədə hazırlaşdığını
qeyd edib.
Sonra iclasın gündəliyində
olan məsələlər
haqqında məlumat verilib.
İclasda əvvəlcə
“Azərbaycan Respublikasının
Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin
edilmiş növbədənkənar
seçkilərlə əlaqədar
Yeni Azərbaycan Partiyasının
Tədbirlər Planı”
müzakirə edilərək
təsdiqlənib.
Sonra Yeni Azərbaycan Partiyasının
Mərkəzi Seçki
Qərargahının yaradılması
və onun tərkibinin təsdiqlənməsi
məsələsi müzakirə
edilib. Müzakirələrdən
sonra YAP-ın 21 nəfərdən ibarət
Mərkəzi Seçki
Qərargahının yaradılması
haqqında qərar qəbul olunub.
İdarə Heyətinin
qərarı ilə
Yeni Azərbaycan Partiyasının
səlahiyyətli nümayəndələri
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsi
də təyin olunub, səsvermə gününədək seçki
komissiyalarının iclaslarını
müşahidə edəcək
şəxslər müəyyənləşib.
İclasın sonunda
Tahir Budaqov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə qələbə
əzmi ilə qatıldığını vurğulayıb
və bu prosesdə partiya üzvlərinə uğurlar
arzulayıb.
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.6.