Qarabağ
və Şərqi Zəngəzurda ikinci seçki keçiriləcək
Növbədənkənar
seçkilərin təyin
edilməsi həm də COP29 hazırlığına
dəstək addımıdır
"Növbədənkənar parlament seçkilərinin
təyin edilməsi çox məqsədəuyğun
addımdır. Bildiyimiz
kimi, bu ilin noyabrında Azərbaycan beynəlxalq əhəmiyyətli, mötəbər
tədbirə evsahibliyi
edəcək".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Jalə Əliyeva deyib. O bildirib ki, payızda keçiriləcək bir sıra əhəmiyyətli
tədbirləri nəzərə
alaraq Mili Məclisin əksər deputatları parlament seçkilərinin daha erkən keçirilməsi
ilə bağlı Prezidentə müraciət
etdilər. Daha sonra Prezidentin bununla bağlı müraciətinə Konstitusiya
Məhkəməsi tərəfindən
müsbət rəy verildi. Prezident sentyabrın 1-nə növbədənkənar
parlament seçkilərini
təyin etdi. "Milli Məclisə növbəti seçkilərin
COP29 konfransı ilə
eyni ərəfəyə
düşməsi bu beynəlxalq tədbirin təşkilati işlərinə
çətinlik yarada
bilərdi. Odur ki, qərar vaxtında verildi. Bizim üçün ölkəmizin, dövlətimizin
maraqları hər şeydən vacib və olduqca əhəmiyyətli amildir",
- deyə o bildirib.
J.Əliyeva qeyd
edib ki, bu parlament seçkiləri
eyni zamanda 30 illik fasilədən sonra ərazi bütövlüyü tam
təmin olunmuş, suverenliyi bərqərar edilmiş, işğaldan azad olunmuş torpaqlar da daxil
olmaqla, respublikamızın
bütün ərazilərində
keçiriləcək. 44 günlük
Vətən müharibəsində
əldə edilən qələbədən sonra
bu, Qarabağ və Şərqi Zəngəzurda keçiriləcək
ikinci seçki olacaq.
Deputat xatırladıb
ki, bu ilin
fevral ayında növbədənkənar prezident
seçkiləri baş
tutub və xalqımız bu qürurlu anı yaşayıb. İndi isə ərazi bütövlüyü tam
təmin olunmuş bütöv Azərbaycanda
növbədənkənar parlament
seçkiləri keçiriləcək:
"Biz, sadəcə,
torpaqlarımızı işğaldan
azad etməmişik, bu torpaqlara həm
də yeni nəfəs, yeni səs, ab-hava gətirmişik. İşğaldan
azad olunmuş torpaqların əzəli sakinləri artıq mərhələli şəkildə
öz ata-baba yurdlarına böyük qürurla, sevinclə qayıdırlar. Vətəndaşlarımızın
30 ildən sonra xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində bərpa edilən bütün hüquqlarının içərisində,
onların seçmək
və seçilmək
hüququnun da bərpa edilməsi ikiqat sevindirici və qürurvericidir".
J.Əliyeva vurğulayıb
ki, bu baxımdan
Milli Məclisə növbədənkənar seçkilərin
təyin edilməsi həm ölkəmizdə
keçiriləcək beynəlxalq
tədbirin hazırlıq
işlərinə dəstək
addımı kimi, həm də seçkilərin bütün
suveren ərazilərimizə
şamil edilməsi baxımından əhəmiyyətlidir.
Vaxt amili seçki prosesinin daha rahat, şəffaf
və demokratik şəraitdə keçirilməsinə
imkan yaradacaq. Parlament seçkilərindən
sonra isə Azərbaycan bütün diqqətini tamamilə mötəbər tədbirin
- COP29-un hazırlıq işlərinə
yönəldəcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.6.