Zamanında verilən doğru qərar
Parlament seçkiləri COP29-un yüksək
səviyyədə keçirilməsinə
şərait yaradacaq
"Növbədənkənar parlament seçkilərinin
təyin olunması çox vacib idi. Əslində, parlamentə növbəti
seçkilər noyabr
ayında keçirilməli
idi və bu, konstitusiyanın tələbindən irəli
gəlirdi. Amma noyabrın əvvəlində
Azərbaycanda dünya
əhəmiyyətli COP29 tədbirinin
baş tutması və seçkilərlə
beynəlxalq konfransın
üst-üstə düşməsi
müəyyən problemlər
yarada bilərdi".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, yarana biləcək
problemin həlli üçün parlament seçkilərinin konstitusiyaya
uyğun olaraq ertələnməsi qərara
alınıb. Buna görə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının
üzvləri müvafiq
məktubla Prezidentə
müraciət etdilər.
Konstitusiya Məhkəməsi
Prezidentin müraciətinə
müsbət rəy verdikdən sonra seçkilər sentyabrın
1-nə təyin edildi.
"Bu, seçkilərin
demokratik, şəffaf,
azad keçirilməsinə
imkan verəcək. Bundan sonra isə
COP29 konfransına hazırlıq
işləri görüləcək.
Nəzərə almaq
lazımdır ki, beynəlxalq tədbirin həm hazırlıq mərhələsində, həm
də konfrans ərəfəsində parlament
üzvləri səlahiyyətləri
çərçivəsində tədbirlərdə iştirak
etməlidirlər. Bunları
da nəzərə alsaq, seçkilərin vaxtının irəli çəkilməsinin daha
məqsədəuyğun olması
təsdiqlənər".
Deputat vurğulayıb
ki, tədbirə hazırlıq dövründə
paytaxtda və regionlarda müəyyən
məhdudiyyətlər tətbiq
edilə bilər. Hökumət ancaq konfransa hazırlıqla məşğul olacaq. Bu isə oktyabr,
noyabr aylarında Milli Məclisdə dövlət büdcəsinin
müzakirəsini qeyri-mümkün
edəcəkdi. Bu baxımdan parlament seçkilərinin tez keçirilməsi həm seçki prosesinin rahat baş tutmasına, həm büdcənin konfransa qədər müzakirədən
keçməsinə, həm
də tədbirin yüksək səviyyədə
təşkilinə şərait
yaradacaq.
A.Mirzəzadə qeyd
edib ki, növbədənkənar parlament
seçkilərinin keçirilməsinə
siyasi qüvvələrdən
heç bir etiraz olmayıb. Hazırda seçki prosesinə ciddi hazırlıq işləri
gedir. Partiyaların bir qismi namizədlərini
irəli sürüblər
və bu proses davam etməkdədir.
Deputat sonda sentyabrda keçiriləcək
parlament seçkilərinin
də əvvəlkilər
kimi şəffaf və demokratik şəraitdə baş tutacağına inamını
ifadə edib.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.6.