Qüdrətli
ordu, modern hərbi arsenal
Prezident İlham
Əliyev 2024-cü ilin
dövlət büdcəsinə
dəyişiklikləri təsdiq
edib. Dəyişikliklərə
əsasən, dövlət
büdcəsinin xərcləri
40 milyard manata yaxınlaşıb. Artırılan
xərclər bir sıra istiqamətlərə,
o cümlədən Qarabağ
və Şərqi Zəngəzurun bərpasına
və müdafiə xərclərinə yönəldilib.
Silahlı Qüvvələrin
arsenalı zənginləşdirilir
44 günlük Vətən
müharibəsindən sonra
Azərbaycan Silahlı
Qüvvələrinin modernləşdirilməsi
prosesi yeni inkişaf müstəvisinə
qədəm qoyub. Bu sahədə həyata keçirilən
uğurlu islahatlar, planlı və ardıcıl şəkildə
gerçəkləşdirilən işlər sayəsində Silahlı
Qüvvələrimiz dünyanın
ən qüdrətli hərbi gücləri sırasına yüksəlib.
Təsadüfi deyil ki, nüfuzlu "Global
Fire Power" mərkəzinin 55 göstərici əsasında
hazırladığı hesabatda
Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli
ordu sırasında qərarlaşıb. 44 günlük
müharibədə göstərdiyi
misilsiz hünərlə
adını dünya hərb tarixinə qızıl hərflərlə
yazdıran Azərbaycan
Ordusu hər ötən gün daha da güclənir.
Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyev də çıxışlarında məhz
bu məqama diqqət çəkərək
xüsusi vurğulayıb
ki, ordumuz müharibə dövründə
olduğundan daha da güclüdür.
Ərazilərimizin işğal
altında olduğu dövrdə ordunun döyüş qabiliyyətinin
güclənməsi Azərbaycan
dövlətinin qarşısına
qoyduğu əsas vəzifə idi. Bu istiqamətdə görülən işlərin
parlaq nəticəsi şanlı ordumuzun qazandığı parlaq zəfərin timsalında
aydın görünür.
2020-ci ildə cəmi
44 gün ərzində
havada da, quruda da düşmənin
canlı qüvvəsini,
hərbi texnikasını
məhv edən Silahlı Qüvvələrimiz
ilk "smart müharibə" aparan ordu kimi də
adını dünyanın
hərb salnamələrinə
yazıb.
Postmüharibə dövründə
də Silahlı Qüvvələrin gücləndirilməsi
prioritetdir. 44 günlük
müharibədən sonra
da hərbi islahatların davam etdirilməsi, yeni silahlı birləşmələrin
yaradılması, müasir
silahlar və texnika ilə təchizatı, hərbi təlimlər və sair işlər ordumuzun döyüş qabiliyyətinin yüksəlməsinə
xidmət edir. Silahlı Qüvvələrimizin
arsenalı Azərbaycanın
müdafiə sənayesinin
istehsal etdiyi hərbi texnika və silah-sursatlarla yanaşı, xarici ölkələrin hərbi
sənayesinin məhsulları
ilə daha da zənginləşdirilir.
Bu sırada 2024-cü
ilin əvvəlində
qardaş Türkiyənin
"Baykar" şirkətinin
"Akıncı" hücum
PUA-sının Hərbi
Hava Qüvvələrinin
hərbi obyektlərində
silahlanmaya qəbul edilməsinin böyük əhəmiyyəti var.
Bu il iyunun 26-da - Silahlı
Qüvvələr Günündə
Heydər Əliyev Beynəlxalq Aeroportunda Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın
"Leonardo" şirkətinin
istehsalı olan
"C-27J Spartan" tipli
hərbi nəqliyyat təyyarəsi təqdim olundu. Bu təyyarə
mürəkkəb coğrafi
relyef və əməliyyat şəraitində
həm müdafiə,
həm də mülki müdafiə tapşırıqlarını yerinə
yetirməyə qadirdir.
"C-27J Spartan" tipli
təyyarədən hərbi
nəqliyyat, paraşütçülərin
və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların
yerinə yetirilməsi
əməliyyatlarında istifadə
olunacaq.
Təcrübə də,
nöqsanlar da öyrənilir
Ordumuzun Vətən
müharibəsində işlətdiyi
hərbi taktika, modern silahlardan sərrast istifadəsi, ümumiyyətlə, əzəmətli
güc və yüksək ruh nümayiş etdirərək
qazandığı qələbə
dünya tərəfindən
böyük maraq və qibtə ilə qarşılandı.
Buna görədir ki, Vətən müharibəsində ordumuzun
həyata keçirdiyi
hərbi əməliyyatlar
bir sıra ölkələr tərəfindən
öyrənilir, hərbi
dərsliklərdə istifadə
olunur.
Bir başqa reallıq isə ondan ibarətdir ki, Vətən müharibəsində Silahlı
Qüvvələrimiz tərəfindən
nümayiş etdirilən
dünyaya örnək
mükəmməl hərbi
performans ölkəmizdə
də hərbi mütəxəssislər tərəfindən
diqqətlə araşdırılır.
Yəni Azərbaycan Ordusu daim özünü
inkişaf etdirir.
Azərbaycanın müdafiə
naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr
Günü ərəfəsində
verdiyi müsahibəsində
də bildirib ki, müharibə vaxtı əldə edirmiş təcrübə
və nöqsanlar öyrənilir: "İstifadə
etdiyimiz silahları da öyrənirik - onların hansının tətbiqi bizə daha çox fayda gətirdi, hansılar döyüşlərdə
özünü çox
da yaxşı göstərmədi. Təbii
ki, biz nəticələr
çıxardıq və
onları dəyişdik".
Nazir əlavə
edib ki, bütün bu təhlillər göstərdi
ki, müharibədəki
bütün o təcrübənin
tətbiqindən sonra
artıq antiterror əməliyyatı zamanı
qısa müddətdə
düşmən darmadağın
edildi: "Bu antiterror əməliyyatına
dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə
Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir".
Büdcənin əsas
çağırışlarından biri müdafiə və təhlükəsizlikdir
Azərbaycan Ordusunun
modernləşdirilməsi, gücləndirilməsi istiqamətində
işlər məqsədyönlü
şəkildə davamlı
olaraq həyata keçirilir. Ölkənin
müdafiə potensialının
gücləndirilməsinin və
silahlı qüvvələrin
maddi-texniki təminatının
daha da yaxşılaşdırılmasının
dövlət büdcəsinin
prioriteti olması da buna əyani
nümunədir. 2024-cü ilin
dövlət büdcəsindən
ölkənin müdafiə
xərcləri üçün
6 milyard 421 milyon manat vəsait yönəldilmişdi.
2024-cü il dövlət
büdcəsinə edilən
dəyişikliklərdən sonra müdafiə və milli təhlükəsizlik
xərcləri 7 milyard
126,3 milyon manata çatdırılıb.
Görülən bütün
bu əsaslı və hərtərəfli
işlərin nəticəsidir
ki, bu gün
Azərbaycan Ordusu istənilən güclərə
qarşı layiqli mübarizə apararaq qalib gəlmək əzmində olan dünyanın qüdrətli
ordusuna çevrilib.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.6.