İrəvan
Azərbaycana qarşı
ərazi iddialarına
son qoymalıdır
"Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində
Azərbaycan dünyanın
ən sabit və təhlükəsiz
dövlətlərindən birinə çevrilib. Dünya ölkələri
ilə bərabərhüquqlu
və qarşılıqlı
etimada əsaslanan münasibətlərin qurulması,
beynəlxalq təşkilatlarla
səmərəli əlaqələrin
yaradılması, yeni
tərəfdaşların tapılması
və yüksəksəviyyəli
əməkdaşlığın həyata keçirilməsi,
mehriban qonşuluq siyasətinin formalaşdırılması,
beynəlxalq ədalətin
təmin olunması Azərbaycanın yürütdüyü
xarici siyasətin əsas istiqamətləridir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat xatırladıb ki,
44 günlük Vətən
müharibəsi sona çatdıqdan sonra qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Ermənistanla
sülh sazişi ilə bağlı danışıqlara başlamaq
təşəbbüsünü irəli sürüb və baza prinsiplərini,
sülh sazişinin layihəsini hazırlayıb.
Bəzi dövlətlər
Ermənistana dəstək
verərək Cənubi
Qafqazda qalıcı sülhü əngəlləməyə
çalışsalar da,
hazırda iki ölkə arasında vasitəçilərsiz danışıqlar
gedir. Bu isə o deməkdir ki, sülhə və əməkdaşlığa
doğru indi daha böyük inamla gedirik.
K.Bayramov qeyd edib ki, Ermənistanın
və onun Avropadakı havadarlarının
ara qarışdırmasına
baxmayaraq, rəsmi Bakı bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir: "Azərbaycan regional sabitliyin, təhlükəsizliyin təmini
məqsədilə İrəvana
sülh, əməkdaşlıq
təklifləri edir. Prezident İlham Əliyev Kanada səfirinin etimadnaməsini
qəbul edərkən
də sülhlə bağlı bir sıra məsələlərə
yenidən toxundu. Dövlət başçısı
bildirdi ki, hazırda ikitərəfli
səviyyədə daha
yaxşı nəticələr
görürük. Kiminsə
tərəfindən bu
prosesə müdaxilə
yoxdur. Sərhədlərin
delimitasiyası, hətta
nadir hal olan demarkasiya məsələlərində razılıqlara
gələ bilirik. Prezident İlham Əliyev qeyd etdi ki, hələ
sülh müqaviləsi
imzalanmayıb, lakin artıq sərhədlərin
delimitasiyasına nail olunub".
Deputat xatırladıb
ki, Prezident sülh müqaviləsinin
mətni, ən azı əsas prinsipləri üzərində
işin bir neçə aya yekunlaşa biləcəyini
deyib. Dövlət başçısı işğal
dövründə vasitəçilərin
planının Madrid prinsipləri adlandırılan
əsas prinsiplərlə
bağlı razılığa
gəlməkdən ibarət
olduğunu xatırladıb.
K.Bayramov deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması
dövlət başçısının
da qeyd etdiyi
kimi, yalnız Ermənistan konstitusiyasına
dəyişiklik ediləcəyi
halda mümkündür.
Yəni Ermənistanın
Azərbaycana qarşı
ərazi iddialarına
son qoyulmalıdır.
Azərbaycanın son
illər qazandığı
nailiyyətlərin miqyasının
dünyada analoqu olmadığını qeyd
edən K.Bayramov bildirib ki, indiyə
qədər postsovet məkanında torpağını
itirmiş heç bir dövlət onu geri qaytarmağa
müvəffəq olmayıb.
Bu, o deməkdir ki, Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə dünya tarixində görünməmiş
səhifələr açılır.
Dövlət başçısı
Azərbaycanı nəinki
güclü dövlətə
çevirib, ərazi bütövlüyünü, suverenliyini
tam bərpa edərək torpaqlarımızı
kənd-kənd, şəhər-şəhər
azadlığına qovuşdurub.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.7.