Sülh
sazişini imzalamaq üçün yaxşı
imkan var
Cənubi Qafqazın
lider dövləti olan Azərbaycan regionda sülhün, sabitliyin tərəfdarı
olduğunu bu istiqamətdə atdığı
qətiyyətli addımlarla,
həyata keçirdiyi
məqsədyönlü işlərlə
göstərir.
Otuz ildən çox müddətdə
xeyli hadisələrin
şahidi olduq. Bu illər ərzində
ölkəmizin ərazilərində
ikinci Ermənistan dövləti yaratmaq istəyən erməni quldurlarının işğalçılıq
niyyətinin ağrı-acılarını
biz azərbaycanlılar
çəkdik. Əzəli
torpaqlarından - Qərbi
Azərbaycandan qovulan bizim soydaşlarımız
oldu. Doğma yurdunu, isti ocağını
tərk etmək istəməyənlər işgəncələrə
məruz qaldılar, qətlə yetirildilər.
Həmin vaxtlar -
1980-ci illərin sonları,
1990-cı illərin əvvəllərində
Azərbaycanın Qarabağ
və Şərqi Zəngəzur ərazilərində
də silahlardan atəş açılır,
qan tökülürdü.
Burada da hücum edənlər təcavüzkar ermənilər,
hücuma məruz qalanlar, ahı, naləsi, fəryadı ərşə bülənd
olan isə azərbaycanlılar idi.
Ölkəmizin ərazilərinin
iyirmi faizi Ermənistan tərəfindən
işğal olundu. Qarabağda, Şərqi Zəngəzurda təcavüzkar
ermənilər azərbaycanlılara
qarşı dəhşətli
cinayətlər, qırğınlar,
soyqırımları törətdilər.
Şəhid olan, şikəst edilən, itkin düşən, əsir götürülən
soydaşlarımızın dərdlərini otuz ilə yaxın Ermənistanın işğal
altında saxladığı
ərazilərimizin həsrəti,
nisgili ilə birgə çəkdik. Bütün dünya Ermənistanın cinayətkarlığını
da, işğalçılığını
da, beynəlxalq qanunları saymadığını
da gördü və təəssüf ki, susdu.
Azərbaycanlılarsız qalan Qarabağ və Şərqi Zəngəzur ərazilərində
Ermənistan yalnız
hərbi istehkamlar qurdu. Erməni vandalları xalqımızın
yalnız bu gününə deyil, tarixinə zərbə vurdu. Qədim milli-mədəni, dini abidələrimizi dağıtdılar,
müasir tikililərimizi
yerlə yeksan etdilər. Azərbaycan o illərdə münaqişənin
müharibə yolu ilə həll edilməsinin tərəfdarı
olmadığını öz
əməlləri, qərarları
ilə nümayiş etdirdi. Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Kevin Hamiltonun etimadnaməsini qəbul edən zaman Prezident İlham Əliyevin bildirdiyi kimi, həmin dövrdə münaqişənin
həlli ilə bağlı ölkəmiz
tərəfindən çox
böyük səylər
göstərildi, lakin
bu səylər uğursuz oldu. Belə ki, BMT Təhlükəsizlik Şurasının
üç daimi üzvü münaqişənin
həllinə nail ola bilmədi, daha doğrusu, olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata
keçirdiyi işğalın
müxtəlif səbəblər
üzündən həmişəlik
olmasını istəyirdi.
Dövlətimizin başçısı
bu qənaətə prezidentlik fəaliyyətində
öz şəxsi təcrübəsi əsasında
gəldiyini dedi. 2003-cü
ilin sonundan başlayaraq keçmiş
Minsk qrupu üçlüyü və
Ermənistan tərəfi
ilə dəfələrlə
görüşdüyünü və bütün bunların heç bir nəticə vermədiyini xatırladı.
Prezident İlham Əliyev qeyd etdi ki, keçmiş
Minsk qrupunun üzvləri və Ermənistan tərəfi bunu istəmirdi. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik
işğal altında
saxlamağa çalışırdı.
Azərbaycan öz
gücü ilə ərazi bütövlüyünü
və tarixi ədaləti bərpa etdi. Ölkəmiz hərb meydanında qələbəsini diplomatik
sahədə də davam etdirdi. Azərbaycanla Ermənistan
arasında ikitərəfli
danışıqlara başlanıldı,
münasibətlərin normallaşması
istiqamətində müəyyən
addımlar atıldı.
Sərhədlərin delimitasiya
və demarkasiyasının
həyata keçirilməsinə
start verildi. Azərbaycanla Ermənistan
arasında gedən proses nəticəsində
Qazax rayonunun otuz il işğal
altında olan Bağanıs Ayrım, Aşağı Əskipara,
Xeyrımlı və Qızılhacılı kəndləri
rəsmən Azərbaycana
geri qaytarıldı, həmin kəndlərin əraziləri Azərbaycan
Respublikası Dövlət
Sərhəd Xidməti
tərəfindən nəzarətə
götürüldü. Məqsədyönlü
işlərin həyata
keçirilməsi ümumilikdə
sülh prosesinin irəlilədilməsinə mühüm
şərait yaratdı.
Hazırda bizim
ikitərəfli səviyyədə
daha yaxşı nəticələr gördüyümüzü
qeyd edən dövlətimizin başçısı
dedi:"Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin
delimitasiyası, hətta
nadir hal olan demarkasiya məsələlərində razılıqlara
gələ bilirik".
Qeyd edilib ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb,
lakin artıq sərhədlərin delimitasiyasına
nail olunub.
Dövlətimizin başçısı
hesab edir ki, danışıqlar prosesi çərçivəsində
kifayət qədər
sürətli irəliləyirik:
"Zənnimcə, sülh
müqaviləsinin mətni,
ən azı, əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin
planı Madrid prinsipləri adlandırılan
əsas prinsiplərlə
bağlı razılığa
gəlməkdən ibarət
idi. Onlar paraflanmalı və daha sonra isə
mətn tərtib edilməli idi. Hesab edirik ki,
bu, bir variant
ola bilər - əsas prinsiplərlə bağlı razılıq
əldə edilsin, onlar paraflansın və daha sonra
mətn üzərində
iş getsin".
Prezident İlham
Əliyev vurğuladı
ki, sülh sazişinin başlıca şərti Ermənistanın
konstitusiyasının dəyişdirilməsidir:
"Çünki onun
tərkibində Azərbaycana
qarşı ərazi iddiaları var və bu, baş
verməyənə qədər
sülh sazişi imzalanmayacaq".
Azərbaycan əraziləri
otuz ilə yaxın işğalda qaldığı, beynəlxalq
səviyyədə haqsızlıqlarla,
ədalətsizliklə üzləşdiyi
illərdə də, indi - qalib ölkə
olduğu zaman da yalnız sülh tərəfdarı
olub.
Təəssüf ki,
bu gün də haqlıya haqlı, cinayətkara cinayətkar, işğalçıya
işğalçı demək
istəməyənlər az
deyil. Bəzi ölkələr, beynəlxalq
təşkilatlar ikili
standartlar nümayiş
etdirməkdən əl
çəkmirlər. Belələri
guya Errmənistana arxa durur, yardım
edirlər, ancaq öz maraqları naminə Ermənistanı
fəlakətə sürüklədiklərinin
fərqində deyillər.
Azərbaycan isə
öz mövqeyindədir
və ədalətli,
davamlı sülhə
nail olunması üçün böyük
səy göstərir.
Bunu artıq bir çox ölkənin, beynəlxalq
təşkilatların səlahiyyətli
nümayəndələri də
diqqətə çatdırırlar.
ABŞ Dövlət katibi
Entoni Blinken də Brukinqs İnstitutunda çıxışı
zamanı qeyd etdi ki, Azərbaycan
və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb. Bildirdi ki, bu saziş
onilliklərlə davam
edən münaqişəyə
son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi
inkişaf, Şərqlə
Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından
böyük imkan yaradacaq. ABŞ Dövlət
katibi Azərbaycanın
bu işdə çox böyük rola malik olduğunu
vurğuladı: "Biz
diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq.
Biz bu sahədə
Avropa İttifaqı ilə sıx əməkdaşlıq və
koordinasiya həyata keçirmişik. Düşünürəm
ki, bu, həqiqətən
mümkündür. Mən
təxminən bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm
ki, bu mümkündür
və tam mənada Azərbaycanla Ermənistanın, həmçinin
bütün regionun maraqlarına xidmət edir".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.7.