lya
Darçiaşvili: Gürcüstan
Cənubi Qafqazda sülh şəraitində
birgəyaşayışı qətiyyətlə dəstəkləyir
Gürcüstan
dövləti Ermənistan ilə Azərbaycan arasında
dövlət sərhədinin delimitasiyası prosesinə
başlanmasını, sülh yolunda əldə edilmiş bu
tarixi qərarı alqışlayır.
AZƏRTAC xəbər
verir ki, bu sözləri Gürcüstanın xarici işlər
naziri İliya Darçiaşvili ermənistanlı həmkarlı
Ararat Mirzoyanla görüşdən sonra mətbuata
açıqlamasında deyib.
O bildirib ki,
rəsmi Tbilisi regionda sülh və sabitlik naminə Azərbaycan
ilə Ermənistan arasında konstruktiv dialoqa töhfə verməyə
hazırdır.
Gürcü
nazir əlavə edib: “Gürcüstan Cənubi Qafqazda sabitliyi
və sülh şəraitində birgə
yaşayışı qətiyyətlə dəstəkləyir.
Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin
delimitasiyası prosesinə başlamaqla bağlı sülh
yolu ilə əldə edilmiş tarixi qərarı
alqışlayırıq. Ümid edirik ki, Ermənistan və
Azərbaycan arasında sülh sazişi prosesi müsbət
dinamikanı saxlayacaq”.
Azərbaycan.-2024.-
4 iyul (¹ 137).- S.7.